ABŞ-da yaşayan Tamara Qriqoryeva: "Uşaqlarımın başqa azərbaycanlı uşaqlarla görüşməsi vacibdir"
Video açılmasa, YouTube-da izləyin.
Tamara Qriqoreyava 10 ildir ki, ailə quraraq ABŞ-a köçüb. Lakin indi o, övladlarına tək valideynlik edir. Bu isə Tamaranı narahat etmir. O, tək həyatın ona azadlıq bəxş etdiyini və bundan sonra ailə qurmağı düşünmədiyini də deyir.
Tamara Qriqoryeva ABŞ-ın Virginia ştatında Türkiyə, Azərbaycan və Rusiyada insan haqlarının müdafiəçisi və jurnalist kimi fəaliyyət göstərir.
O hesab edir ki, ABŞ-a onu bağlayan birinci səbəb övladlarıdır.
Tamara #səninoradanəişinvar verilişində Vüsal Həmzəyevin suallarını cavablandırıb.

Şəklin mənbəyi, Tamara Qriqoryeva
