Yeni il vədləri: onları necə yerinə yetirməli?

Şəklin mənbəyi, Alamy
Yeni il axşamı özünə verdiyin vədi yerinə yetirmək çox çətin məsələdir. Özünə nə vəd etməyindən asılı olmayaraq, ana olduqdan sonra işə geri qayıtmaq, digər ölkəyə köçmək, 30 illik fasilədən sonra yenidən musiqi ilə məşğul olmaq, şəbəkə restoranlarına getməmək - hər şey çətinliklə əldə olunur.
Biz bir il əvvəl özlərinə verdiyi vədi yerinə yetirən Britaniya sakinlərindən bir neçə ruhlandırıcı hekayələr toplamışıq.
Özünü tapmaq
Surrey qraflığının Ashtead şəhərciyindən olan Amy Jones bir il əvvəl ana olduqdan sonra özünə vaxt ayıracağına dair özünə söz verib.
"2016-cı ilin sonunda mən ailəmin uğurlarına sevinirdim. Lakin məndə belə bir hiss vardı ki, mən ötən ildə heç bir uğur əldə etməmişəm. Mən 5 ilimi evdə uşaqlarla keçirmişdim və mən geniş yayılmış bir səhvə yol vermişdim. Mən özümü və kim olduğumu unutmuşdum. Mən evdə oturmayan və özlərini unutmayan dostlarımla görüşən zaman bunu daha aydın şəkildə hiss edirdim",-deyə Amy danışır.

Şəklin mənbəyi, Amy Jones
Bunu görə də, Amy yeni il qabağı qarşısına 3 hədəf qoydu: ona maraqlı olanı anlamaq, özünə hobbi yaratmaq və iş tapmaq. O, bu işləri həll etmək üçün özünə tam bir il vaxt qoymuşdu.
Fevral ayında o, Facebook-da valideynlərin uşaqların tərbiyəsi ilə bağlı fikirlərini və məsləhətlərini bölüşə biləcəyi bir qrup yaradır. Hazırda bu qrupun 700 nəfər abunəcisi var.
"Bu mənim gözlədiyimdən də artıq oldu. İnsanların dəstəyi isə mənə öz işimi daha həvəslə davam etdirməyə kömək etdi ", - deyə Amy danışır.
Avqust ayında isə Amy ilk 5 kilometrlik məsafəni qət etdi. Payızda isə sosial şəbəkələr üzrə menecer köməkçisi vəzifəsi işinə düzəldi.
"Noyabrda, körpəm doğulduqdan sonra ilk dəfə olaraq mən işə çıxdım. Mən evdən işləyirəm, ona görə də analıq öhdəliklərimi də yerinə yetirə bilirəm. Mən uşaqlarla məktəbə qədər və məktəbdən sonra məşğul oluram. Oğlanlarım məktəbdə olan zaman mən işləyirəm. Mən hiss edirəm ki, qarşıma qoyduğum məqsədə çatmışam ", - Amy deyir.
Musiqiyə qayıdış
Manchester şəhərindən olan Paul Thompson uşaq olan zaman fortepianoda ifa etməyi öyrənib. Lakin kollecə daxil olduqdan sonra o, musiqi ilə məşğul olmağı buraxıb.
Bir il əvvəl köhnə royal alan Paul bir saat ərzində ardıcıl olaraq ifa edə biləcəyi əsərləri əzbərdən öyrənməsi barədə qarşısına məqsəd qoyub. O, özünə verdiyi vədi artıq payıza qədər yerinə yetirib.

Şəklin mənbəyi, Paul Thompson
"Mənim artıq 50 yaşım var və mən ilk dəfə olaraq Yeni il vədimi yerinə yetirməyə nail olmuşam ", - Paul deyir.
"Məşğələlərdə fasilə yaratmamaq üçün səhər üzü 3-ün yarısı yuxudan oyanırdım və mən hətta bütün küçəni yuxudan oyatmamaq, qulacıqla məşğul olmaq üçün elektron pianino da almışdım", - o, danışır.
"Payızda mən artıq bir saat ərzində əsasən klassik musiqiləri, o cümlədən Haydn və Motsart-ın əsərlərini əzbərdən ifa edə bilirdim ", - deyə Paul öz uğurlarını bölüşür.
"Mən bunu özüm üçün etmişəm və mənim peşəkar olmaq fikrim yoxdur. Lakin mən hazırda əldə etdiyim səviyyədən məmnunam ", - deyən Paul artıq 2018-ci ildə də musiqiyə davam etməsi barədə özünə söz verib.
"Brexit" bizi hərəkət etməyə məcbur etdi "
Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi məsələsiylə bağlı keçirilən referendumdan sonra Charlotte Billingham çoxdan arzusunda olduğu Kanadaya köçmək planını həyata keçirmək barədə qərar qəbul edir. Həyat yoldaşı Fred-lə birgə Kanadada yaşamaq icazəsi alan Charlotte hazırda Liverpool-dan Britaniya Kolumbiyasına köçməyə hazırlaşır.

Şəklin mənbəyi, Charlotte Billingham
Onlar yaşamaq hüququ əldə etmək barədə müraciət edənə qədər 8 dəfə Kanadada olublar və elə 2012-ci ildə bal aylarını da orada keçiriblər.
"Biz həmişə xaricdə yaşamağı arzulayırdıq, amma əvvəllər buna qətiyyətimiz çatmırdı ", - Charlotte deyir.
"Bizim üçün əsas olan həyat keyfiyyəti, gözəl mənzərələr və səyahət etmək imkanıdır ", - o deyir.
Charlotte-nin sözlərinə görə, o bütün ömrü boyu Aİ büdcəsindən maliyyələşən şirkətdə çalışıb. Ona görə də, istənilən halda "Brexit"dən sonra o işini və hətta karyerasını dəyişmək barədə düşünməliydi.
"Biz Kanadaya, onun mühacirlərə qarşı açıq siyasətinə heyranıq. Britaniya mühacirlərə daha az həssalıqla yanaşır və hətta 10 il əvvəlkindən daha az rəğbət bəsləyir ", - Charlotte müzakirə edir.
Charlotte və Fred Kanadada yaşamaq hüququ barədə müsbət cavabı avqustun 18-də, evliliklərinin 5-ci ildönümündə alıblar. Milad tətillərini yığıncaqlarda keçirən cütlük yanvar ayında evlərini satışa çıxarmağa və tezliklə ölkəni tərk etməyə hazırlaşırlar.
"Ötən il çox həyəcanlı oldu. Biz bir il ərzində bütün məsələləri həll edəcəyimizi gözləmirdik. Köçüb getmək səyləri, bir az da şans bizim uğurumuzun sirridir ", - Charlotte danışır.
"Mən və ərim risk edən insanlar deyilik. Fikirlərimizi planlı və mərhələli şəkildə həyata keçirməyə meylliyik. Ona görə də Kanadaya köçmək məqsədimiz bizim üçün ciddi çağırış idi. Biz qorxuya üstün gəlməliydik və hər şeyə nəzarət edə bilməyəciyimizlə barışmalı idik ", - o, etiraf edir.
Şəbəkə restoranlarına qarşı
Eleanor Bull müxtəlif yerlərdə eyni yeməyi yeməkdən cana doymuşdu. Artıq o, şəbəkə müəssisələrinin bütün restoran dünyasını fəth edəcəyindən ciddi şəkildə narahat olmağa başlamışdı. Ona görə də Eleanor yalnız böyük şəbəkələrə aidiyyatı olmayan restoranlarda yeyəcəyi barədə qərar qəbul edir.

Şəklin mənbəyi, Eleanor Bull
"Əgər biz kiçik restoranları dəstəkləməsək, onlar iflas edəcəklər və biz bununla dadlı yemək yeməyimizi təhlükəyə atırıq ", - Eleanor deyir.
"Mən anladım ki, mənim dostlarımın kiçik restoranlara getməsi üçün o qədər də çox səy göstərmək lazım deyil. Bunun üçün hətta mənim şəbəkə müəssisələrindən qaçmağım barədə izahat vermək belə lazım deyildi ", - o deyir.
Eleanora 2018-ci ildə də bu strategiyanı davam etdirmək niyyətindədir. Lakin bu dəfə o, şəbəkə qəhvəxanalarından da imtina etməyə hazırlaşır.
"Bu il mən çox dadlı təamları, məsələn şəbəkə retoranlarında tapa bilməyəcəyiniz Polşa və Peru milli yeməklərini sınaqdan keçirdim. Bundan başqa, bu, gəldiyiniz yer və insanlar barədə daha çox şey öyrənmək üçün gözəl bir vasitədir", - Eleanor deyr.
Bu sizə lazımdırmı?
Rhys Hathreall həyatındakı çətin dövrlərin öhdəsindən gəlmək məqsədilə yeni başlayanlar üçün yoqa kursuna yazılıb.

Şəklin mənbəyi, Rhys Hatherall
"Mən aldığım xəsarətlərdən sonra özümə gələn zaman yaxın qohumlarımdan biri ağır xəstəliyə yaxalandı və bununla yanaşı sadiq dostumu - itim Deyziyi itirdim. Məni hərəkət etməyə, kədərlənməməyə məcbur edən, eyni zamanda stressimi çıxaran bir şeyə ehtiyacım vardı. Mənim öz qayğıma qalmağım və yeni nəyisə sınaqdan keçirməyim vacib idi ", - Rhys danışır.
Onun sözlərinə görə, ən çətini ilk məşğələyə gəlmək idi. Onun nə baş verəcəyi barədə təsəvvürü yox idi.
"Əlbəttə ki, mən gülümsəyən insanları gördüm. Onların hamısının mənim kimi yoqa üçün yeni xalçaları vardı", - Rhys xatırlayır.
Rhys bütün ili səylə qarşısına qoyduğu vədi yerinə yetirib. İndi isə onun yeni ildə qarşısına hansısa məqsədi qoymağa hazırlaşanlara deməyə sözü vardır.
"Sadəcə nəyisə etmək xatirinə özünüzə vəd verməyin. Əvvəlcə bunu etməyə həvəsiniz və arzunuz olduğunu anlamağa çalışın. Ən başlıcası isə başınıza gələcək pis şey istəmədiyiniz br şeyi sadəcə öyrənmək olacaq ", - Rhys deyir.









