Polis tənhalıqdan ağlayan yaşlı cütlüyə makaron bişirir

Polis əməkdaşları Jole və Michele-in mətbəxində yemək bişirir.
Şəklin alt yazısı, Polis əməkdaşları Jole və Michele-in mətbəxində yemək bişirir.
    • Müəllif, Övgü Pınar
    • Vəzifə, Roma

İtalya paytaxtı Romada ötən həftənin çərşənbə axşamı günü polisə daxil olan bir məlumatda yaşlı bir cütlüyün yüksək səslə ağladığını bildirib.

Adi bir soyğun, ya da mübahisəyə müdaxilə edəcəklərini düşünərək "hadisə yerinə" yollanan Roma polisi qeyri-adi bir tənhalıq hekayəsinin şahidi olub.

Məlum olub ki, evdə olan 89 və 94 yaşlarında ər-arvad televiziyada pis xəbərlər və yalnız qaldıqlarından cana yığılaraq ağlamağa başlayıb.

Polis əməkdaşları yaşlı cütlüyə yemək bişirib və axşamı onlarla söhbət edərək keçirib.

Roma Polis idarəsinin Facebook səhifəsindəki mesaja görə qonşuları tətilə gedəndən sonra 94 yaşlı Michele 89 yaşlı xanımı Jole ilə özlərini çox tənha hiss etməyə başlayıblar.

Günlərdir ki, heç kimlə danışmayan cütlük tənhalıqdan yorularaq ağlamağa başlayıb. Onların səsini eşidənlər polisə zəng ediblər.

Hadisə yerinə gələn 4 polis əməkdaşı Jole və Michele-nin fiziki olmasa olmasa da, emosional iztirablar çəkdiyini görüb.

Polislərə dərdlərini danışan cütlük, kimsəsiz olduğunu və televiziyanı izləyərkən "pis xəbərlərdən" təsirləndiyini deyib.

"Makaron: İnsanlıq resepti"

Cütlüyü rahatlaşdırmalı olduğunu anlayan polislərdən biri - Andrea, mətbəxə girərək axşam yeməyi hazırlamağa başlayıb. Bu arada Alessandro, Ernesto və Mirko isə ev sahibləri sohbət edib.

Bir qədər sonra pendirli makaron yeyən Jole və Michele artıq sakitləşmiş görünürdü.

Yaşlı cütlüyün fiziki bir çətinliyi olub-olmadığını müəyyən etmək üçün evə tibb işçiləri də dəvət olunub.

Roma polisi, yaşadıqları bu qeyri-adi təcrübəni sosial mediada "Şəhərdə insanlıq hekayəsi" başlığıyla paylaşıb.

"Həyat hər zaman asan deyil. Xüsusilə də şəhər boşalıb qonşular tətilə gedəndə Bəzən tənhalıq gözyaşlarına çevrilir”, - polisin Facebook mesajında deyilir.

"Kərə yağı ilə bişirilən bir qab pendirli makaron. Xüsusi bir şey deyil. Amma onun tərkibində çox qiymətli bir ərzaq var: Bu da insanlıqdır".

Polis İdarəsinin bu mesajı minlərlə şərh cəlb edib.

Bəziləri polislərə minnətdalığını bildirir, digərləri isə qayğı göstərmək üçün yaşlı cütlüyün ünvanını soruşur.