Fransızlar etirazı niyə bu qədər xoşlayırlar?

Qadınlar Parisdə gözyaşardıcı qazın içindən keçərək gedirlər

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Qadınlar Parisdə gözyaşardıcı qazın içindən keçərək gedirlər

Fransa hökumətinin və həmkarlar ittifaqlarının yeni əmək qanunvericiliyi barədə danışqıları dalana dirənib. Odur ki, Paris yenidən etirazlar şəhərinə çevrilib. BBC müxbiri Joanna Robertson yazır ki, bu günlər mağaza və kafelərdə söhbətlərin əsas mövzusu siyasətdir.

Josian Bertrandın ailə biznesi kiçikdir: Onlar ət kulinariyası mağazasında kolbasa, donuz ətindən rulet, paştet və çoşqa burunlarından jele satırlar.

Josian and içir ki, Parisdə ən yaxşı hisə verilmiş donuz ətini o satır. Onun alıcıları burada uzun növbəyə düzülürlər.

Ara verməyən leysan yağışları və daşqınlara baxmayaraq kulinariya dükanının qabağına bir xeyli adam yığılıb. Amma burada da söhbət tətillərdən gedir.

Əgər Le Monde qəzetinin yazıqqlarına inanılsa, onda deməli növbədəki söhbətlər ölkənin ab-havasını dəqiq əks etdirir. Burada rəylər tən yarı bölünüb: yeni əmək qanunvericiliyini dəstəkləyənlərə və ona etiraz edənlərə.

Filipin 28 yaşı var. Onun işinə bir çox fransızlar yalnız qibtə edə bilərlər. O yerli şuranın məmuru, yəni dövlət qulluqçusudur.

Belə işdə bir ömür boyu çalışmaq olar. Stabil əməkhaqqı, dəqiq şərtləri olan əmək şəraiti, müəyyən edilmiş iş saatları, yaxşı pensiya və səxavətli məzuniyyət.

Beləliklə gənc fransızların çoxu dünyanı dəyişmək – yeni nəsə yaratmaq, qurmaq və tədqiq etmək arzusunda deyil. Fərdi əmək fəaliyyətinin bir çox çətinliklərlə bağlı, vergi sistemininin əlverişsiz olduğu bir şəraitdə fransızlar stabil bürokrat olmaq istəyirlər.

Filip bilir ki, bəxti gətirib, ona görə də heç bir dəyişikliyi qəbul etmir.

Şəklin mənbəyi, AP

"Mən məmnunam. Mən indiki və yaxşı bir pensiya ilə 40 il bundan sonrakı işimin nə olacağını dəqiq bilirəm” – deyir o.

Eleonora 40-ı təzəcə adlayıb. O orta məktəbdə dərs deyir. Onun dörd uşağı var. Onlardan ikisi kafenin çölündə rəqs edir.

Müəllimlik də hökumət tərəfindən yaxşı qarantiyaları və müavinətləri olan peşə sayılır. Buna baxmayaraq Eleonora dəyişiklikləri tam qəbul etdiyi söyləyir. “Belə davam edə bilməz. İndi mənim kimi hər bir adama həyata ümidi olmayan 20 nəfər düşür” – deyir Eleonora.

Fransızların dörddə biri yaşı 25-dən az olanlardır. Onların çoxu yüksək ixtisaslarına baxmayaraq işsizdir.

Bu adamların əksəriyyəti miqrant ailələrindəndir. Bu faktor onların gələcəkdə iş tapmaq şansını daha da azaldır. 2012-ci ilin seçkisində bu adamlar Francois Hollande-a səs veriblər. O isə ölkədə işsizliyə son qoyacağını vəd edib.

Bu gün Hollande gələcəkdə onun siyasi karyerasını zərbə altında qoya biləcək vəd verir: O gələn yazda təkrar seçkiyə yalnız işsizliyin ixtisarına nail olarsa qatılacaq.

Francois Hollande deyir ki, gələn yazda təkrtar seçkiyə yalnız işsizliyin ixtisarına nail olarsa qatılacaq.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Francois Hollande deyir ki, gələn yazda təkrtar seçkiyə yalnız işsizliyin ixtisarına nail olarsa qatılacaq.

Bu populyarlığı 14 faiz olan prezident üçün həddən artıq cəsarətli vəddir. __________________________________________________________________

  • 35 saatlıq iş həftəsi qalır. Lakin bu innən belə orta göstərici olmalıdır.
  • Şirkətlər həmkarlar ittifaqları ilə daha uzun və ya daha qısa iş həftəsi barədə razılığa gələ bilərlər. Lakin iş həftəsi 46 saatdan uzun ola bilməz.
  • Şirkətlərə maaşların azaldılması üçün daha geniş səlahiyyətlər verilir.
  • Yeni qanun işçilərin işdən azad edilməsini asanlaşdırır.

__________________________________________________________________

Baş nazir Manuel Valls və Medef Sahibkarlar Federasiyasının rəhbəri Pierre Gattas-la birgə prezident Hollande ölkənin iki qüdrətli həmkarlar ittifaqına qarşı çıxıblar.

Müzakirə üçün nəzərdə tutulmuş qanunvericlik aktı 500 səhifədən ibarətdir. O hazırda qüvvədə olan 3689 səhifəlik Fransa Əmək Məcəlləsinin sadələşdirliməsini və liberallaşdırımasını nəzərdə tutur. Bu sənəd əslində işverənlər üçün tələlərdən ibarət labirintdir.

Şəklin mənbəyi, EPA

Həmkarlar qanunvericilik aktının layihəsi patlamentdən geri çağrılanadək heç danışqlar masasına gəlmək istəmir. Prezident və onun müttəfiqləri isə inadla layihəyə heç bir düzəliş də etmək istəmirlər.

“Bu yaxşı qanundur. Fransa üçün yaxşı qanundur” – deyir Hollande. Bəs nəticə? Çıxılmaz dalan, sonsuz tətillər.

Gündüz saat birdən sonra populyar Montparnasse restoranının qarşısındakı küçəyə sükut çökür. Yol hərəkəti dayandırılır. Yuxarıdan helikopterlərin səsi gəlir.

Uzaqda uğultu və qışqırıqla nümayişçilər görünür. Səs getdikcə daha qulaqbatırıcı olur. Xüsusi təyinatlılar mövqe seçirlər. Ofisiant Frederic kafe terrasının qapılarını bağlayır və bir anda burada nahar edənlər sanki qastronomik vitrinin arxasında qalırlar.

Yüzlərlə etiraz iştirakçısı bulvar boyunca irəliləyir. Onlardan bəziləri kafenin içinə baxıb əl edirlər. Bəziləri nümayişçiləri müşayiət edən platformadakı səsyucaldandan yayılan musiqi təranələri altında rəqs edirlər.

Nahar edənlər arasında canlanma və söhbət başlanır: “Hə budur, yenə də...”, “Görəsən bu dəfə bütün bunları nə ilə bitəcək?”. Bu vaxt bir replika da eşidilir: “Biz fransızlar etirazı etməyi sevirik də..”

Musiqinin səsi getdikcə öləziyir, son nümayişçilər də keçib gedirlər. Onlardan sonra zibillənmiş küçə qalır. Frederic qapıları açır və kafedəki söhbətlər şəxsi məcrasına qayıdır.

Buna bənzər əmək qanunvericiliyi islahatları Almaniyada çox illər bundan əvvəl qəbul olunub. Orada işsizlik indi 5 faiz təşkil edir. Yəni Fransadakından iki dəfə azdır.

Bəzi analitiklər deyirlər ki, Fransa Avropada “20-ci əsr ruhlu sosializmin son istehkamı” olaraq qalır.