İrandan Kardashian-a "xəfiyyə" ittihamı

Şəklin mənbəyi, Getty
İran İnqilabı Keşikçiləri Korpusu tanınmış aktrisa Kim Kardashian-ın sosial mediadakı mövcudluğundan narahatdır.
İran Wire jurnalist qrupunun yaydığı xəbərdə korpusun Kibercinayətlər üzrə sözçüsü Mustafa Əlizadə, Kardashian-ı İnstagram-la əməkdaşlıq edərək “gəncləri və qadınları hədəf almaqda” ittiham edir.
Onun sözlərinə görə Kardashian "İslama zidd" olan fotolar paylaşmaqla "gizlincə gənc nəsli və qadınları pozmaqla məşğuldur”.
İnqilab Keşikçiləri bildirib ki, indiyə qədər bununla bağlı 179 nəfərə xəbərdarlıq edilib.
Cənab Əlizadə vəziyyətin ciddi olduğunu və bu mövzuya diqqət ayırdıqlarını bildirib.
Cannes Film Festivalında iştirak etmək üçün Fransada olan Kardashian-ın ittihamlara cavabı isə belə olub: “Nə? Kiminçün?”
“Mən indicə hava limanından gəlirəm. Bu barədə heç eşitməmişəm,” 35 yaşlı aktrisa people.com saytına şərh verib.
İranda bu günlər iki ildir davam edən <link type="page"><caption> “Hörümçək II” gizli əməliyyatı çərçivəsində</caption><url href="http://www.bbc.com/azeri/region/2016/05/160516_iran_instagram_models" platform="highweb"/></link> “İslami olmayan” şəbəkələrə çalışdığı iddiası ilə internet üzərindən modellik edən şəxslər həbs edilmişdi.
Çılpaq şəkillərini paylaşması ilə tanınan Kim Kardashian-ın təkcə İnstagram-da 70 milyondan çox izləyicisi var.
Facebook, Twitter və YouTube-dan fəqrli olaraq istifadəsi qadağan olunmamış Instagram İranda çox məşhurdur.




