Dizüstə çökən Hitler fiquru New York hərracında $17.2 milyona satılıb

Şəklin mənbəyi, Other

Müəllifi italiyalı heykəltaraş Maurizio Cattelan olduğu diz üstündə çökən Hitler fiquru New York hərracında $17.2 milyona satılıb.

New York şəhərində başlamış hərraclar həftəsində, modern, müharibədən sonrakı dövrə aid və müasir incəsənət nümunələri Christie's and Sotheby's hərraclarına çıxarılır.

Jeff Koons-un "Suda üzən top" adlı kompozisiya da hərraca çıxarılıb.

Həmin kompozisiya $15.3 milyona satılıb.

Hər iki iş hərraca ilk dəfə çıxarılıb.

İtaliyalı sənətkar üçün onun işi rekord məbləğə satılıb.

Cattelan-ın ziddiyyətli heykəlciyi arxadan düzüstə çökmüş balaca uşağa bənzəyir. Lakin fiqura qabağdan baxanda sifətin Hitlərin sifəti olduğu şübhə doğurmur.

Jeff Koons-un "Suda üzən top" adlı kompozisiya da hərraca çıxarılıb.
Şəklin alt yazısı, Jeff Koons-un "Suda üzən top" adlı kompozisiya da hərraca çıxarılıb.

Christie's bu fiquru "müharibədən sonrakı dövrdə ortaya gələn kifayət qədər sadə və şokedici sənət əsəri" kimi təsvir edib.

Cattelan əlavə edib: "Hitleri hər yerdə tapmaq olar, tarixin müəyyən dövrü onun adı ilə bağlıdır; bununla belə onun adını çəkmək olmaz, onun təsvir etmək olmaz, onun ətrafında sankı sükut divarı yaradılıb."

"Mənim kimisə təhqir etmək niyyətim olmayıb. Mənim qalmaqal yaratmaq arzum yoxdur; mən sadəcə, bu fiquru bizim psixologiyamızı sınağa çəkmək üçün, bu barədə düşünmək üçün yaratmışam."

Fiqur insan tükündən, mumdan və poliester rezindən düzəldilib.