Əfqanıstan: 6 Taliban üzvü asılıb

Şəklin mənbəyi, AFP
Əfqanıstan həbs edilmiş 6 Taliban döyüşçüsünü asıb.
Bu, 2014-cü ildə Əşrəf Ğaninin prezident seçilməsindən sonra ilk hadisədir.
Qrup "insanlara və ictimai təhlükəsizliyə qarşı ağır cinayətlər törədib", Prezident Sarayı bildirib.
Prezident Ğani ötən ay Kabulda 64 nəfərin ölümünə səbəb olmuş hücumdan sonra Talibana qarşı ciddi ölçü götürüləcəyini deyib.
Bu ərəfədə isə Taliban Helmand vilayətinin əsas şəhəri, Ləşkərgahda polis məntəqələrinə hücum edib.
Qrup bildirib ki, 15 təhlükəsizlik müfəttişini öldürüb.
Polis isə bildirib ki, 14 Taliban döyüşçüsü öldürülüb.
Helmand Talibana maddi qazanc gətirən tiryəkin əsas mənbəyidir.




