SpaceX şirkəti Falcon raketi pilləsini okeandakı platformaya endirib

Şəklin mənbəyi, AFP
Elon Musk-ın təsisçisi olduğu SpaceX kosmik şirkəti Falcon 9 raketinin birinci pilləsini növbəti dəfə uğurla Atlantik okeanında yerləşən platformaya endirə bilib.
Falcon raketinin daşıyıcı pilləsi ikinci dəfədir ki, kosmosa uçduqdan sonra müvəffəqiyyətlə okeandaklı platformaya endirilir.
Daşıyıcı raket okeanda üzən pilotsuz Of Course I Still Love You ("Əlbəttə, mən səni hələ də sevirəm”) adlı platformaya enib.
Layihənin Twitter səhifəsində xəbər verilir ki, Falcon raketi bu dəfə Yaponiyaya məxsus rabitə peykini nəzərdə tutulmuş kosmik orbitinə çıxara bilib.
Raketin bundan əvvəlki idarə edilən enişi aprel ayının əvvəlinə təsadüf etmişdi.
O zaman Falcon 9 orbitə Dragon adlı kosmik yük gəmisini daşıyandan sonra uğurla okean platformasına endirilmişdi.
SpaceX şirkətinin təsisçisi Elon Mask 2018-ci ildən gec olmayaraq Marsa kosmik gəmi göndərməyi planlaşdırır.
Musk Marsda insanın məskunlaşması və kosmosa turist səfərlərini təşkil etmək təşəbbüsünü təşviq etməkdədir.




