Donald Tusk miqrantlara: “Avropaya gəlməyin”

Şəklin mənbəyi, AFP
Miqrasiya siyasətilə bağlı böhran fonunda Avropa İttifaqı Şurasının prezidenti qanunsuz miqrantları qitəyə gəlmək fikrindən daşınmağa səsləyib.
Donald Tusk deyib ki, Avropaya üz tutanlar “həyat və pullarını” risk altına qoyurlar.
Bu bəyanatı Avropa İttifaqı lideri Yunanıstanın baş naziri Alexis Tsipras-la görüşdən sonra səsləndirib.
"Avropaya gəlməyin", - o, deyib.
"Qaçaqmalçılara inanmayın. Həyat və pullarınızı hədər yerə risk altına qoymayın”.
Donald Tusk Yunanıstanla yanaşı problemi Türkiyə ilə də müzakirə etməlidir.
Tuskun sözlərinə görə, humanitar fəlakətə yol verməmək üçün Türkiyədən Yunanıstana gələn miqrantların sayını azaltmaq lazımdır.
Yunanıstanın şimal sərhədinə nəzarət gücləndirildikdən sonra bu ölkədə 25000-dən çox miqrant cəmləşib.
Miqrasiya problemi eləcədə bugünə təyin olunmuş Britaniya-Fransa sammitində müzakirə olunmalıdır.
Fransanın Amiens şəhərində Britaniya Baş naziri David Cameron və Fransa prezidenti Francois Hollande arasında keçiriləcək danışıqlar zamanı Suriya və Liviyada vəziyyət, anti-terror tədbirlərilə bağlı məsələlərin müzakirə olunacağı ğözlənilir.
Görüşə bir neçə saat qalmış, Fransanın Maliyyə naziri Emanualle Macron deyib ki, britaniyalılar Aİ-dən çıxarsa onun ölkəsi miqrantlara yoxlamasız Britaniyaya yollanmağa icazə verə bilər.
Bu bəyanat Britaniyada tənqidlə qarşılanıb.




