Türkiyə Suriyada atəşkəsin mümkünlüyünə şübhələnir

Şəklin mənbəyi, AFP
Türkiyə Suriyada davam edən atışmalara görə atəşkəs rejimi üzrə razılaşmanın yerinə yetiriləcəyində şübhələnir, Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın bəyan edib.
O, həmçinin əlavə edib ki, onun ölkəsi milli təhlükəsizliyinə istənilən təhdidə cavab verməyə hazırdır.
Bu arada, Suriyanın Rusiyadakı səfiri Riad Həddad TASS agentliyinə deyib ki, Suriya ordusu atəşkəsə tam hazırdır və öz hərəkətlərini Rusiya nümayəndələri ilə uzlaşdırır.
ABŞ və Rusiya fevralın 22-də Suriyada hərbi əməliyyatların dayandırılması şərtləri və müddəti haqqında planın razılaşdırıldığını elan ediblər.
Razılaşmaya əsasən, döyüş əməliyyatları fevralın 27-də Dəməşq vaxtı ilə saat 00:00-da dayandırılmalıdır.
Bundan sonra Suriya müxalifət koalisiyasının nümayəndələri bəyan ediblər ki, iki həftəlik atəşkəsi dəstəkləyirlər.
Eyni zamanda Obama qeyd edib ki, barışıq hərbi əməliyyatların tam dayandırılması demək deyil, çünki bu hal, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya, əl-Nüsrət qrupuna və digər ekstremist qruplara şamil edilmir.
Rusiya BMT Təhlükəsizlik Şurasına Suriyada atəşkəs rejimini dəstəkləyən qətnamə layihəsini təqdim edib. Qətnamə cümə günü araşdırılmalıdır.
Rusiya XİN başçısı Sergey Lavrov Suriyada atəşkəs haqqında təşəbbüsü, Rusiyadan başqa, Ərəb Ölkələri Liqası və Birləşmiş Ərəb Əmirlikləri də bəyənirlər. O, qətnamənin həmçinin Təhlükəsizlik Şurası tərəfindən dəstəklənəcəyinə əmindir.




