Miqrant böhranı: minlərlə insan Yunanıstan sərhəddində qalıb

Şəklin mənbəyi, EPA
Makedoniya sərhədlərini əfqanların üzünə bağladıqdan sonra minlərlə miqrant və qaçqın Afina və Yunanıstanın şimal sərhədlərində qalıb.
Təxminən 5 minə yaxın insan sərhəddə gözləyir. Daha əlavə 4 min nəfərsə Pirey limanına çatıb.
Makedoniya qeyd edib ki, yalnız suriyalı və iraqlıları ərazisinə buraxacaq.
Yunanıstan bu fikrə etiraz etsə də, Makedoniya digər ölkələrin əfqanlara icazə vermədiyini deyib.
Ötən həftə Avstriya gündəlik yalnız 80 mühaciri qəbul etməsi barədə qərar qəbul edib.
Avropa İttifaqı rəsmiləri Avstriyanın qərarının insan haqları konvensiyasına uyğun olmadığını desə də, Balkan ölkələri Yunanıstandan gələnlərin qarşısını almaq üçün öz qadağalarını qoymağa başlayıb.
Ötən ildən bəri minlərlə miqrant və qaçqın Almaniya və digər Aİ ölkələrində mühacirət almaq üçün Yunanıstan vasitəsilə Avropa qitəsinə gəlib.
Təkcə 2015-ci ildə Almaniyaya 1,1 milyon insan gəlib.
Rəsmi rəqəmlərə görə, suriyalılardan sonra mühacirlər siyahısında ikinci yeri əfqanlar tutur.




