Kerry: “Suriyada sülhə dair Rusiya ilə ilkin razılıq əldə edilib”

John Kerry Suriyada atəşkəsin əldə olunmasına dair ehtiyatlı nikbinliyini bildirib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, John Kerry Suriyada atəşkəsin əldə olunmasına dair ehtiyatlı nikbinliyini bildirib

ABŞ dövlət katibi John Kerry bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriyada atəşkəsin ilkin şərtlərinə dair razılıq əldə edilib.

Cənab Kerry bu barədə İordaniyanın paytaxtı Əmmanda keçirilmiş mətbuat konfansında elan edib.

Bundan öncə o, cənab Lavrovla telefonla danışıb və əlavə edib ki, aralarında hələ də bəzi həll olunmamış məsələlər qalır.

Rusiya Daxili İşlər Nazirliyi Lavrovla Kerry arasındakı telefon danışığına dair bəyanat yayaraq bildirib ki, hər iki ölkənin xarici işlər nazirləri “BMT Təhlükəsizlik Şurasının terrorçu təşkilat kimi tanıdığı qruplaşmalara qarşı əməliyyatlar istisna olmaqla Suriyada döyüşlərə son qoyulması uğrunda birgə fəaliyyətlərini davam etdirəcəklər”.

Cənab Kerry-nin sözlərinə görə, o, yaxın vaxtlarda Suriyada döyüşlərin dayandırılması şərtləri ilə bağlı razılaşmanın ABŞ prezidenti Barack Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında müzakirə ediləcəyini gözləyir.

ABŞ dövlət katibi əlavə edib ki, Suriya münaqişəsinin hərbi yolla həlli mümkün deyil.