Türkiyə: Aİ suriyalıları sərhəddən buraxmağa çağırıb

Şəklin mənbəyi, AP
Avropa İttifaqı rəsmiləri Türkiyəni döyüşlərdən qaçaraq Kilis sərhəddində qalan on minlərlə suriyalı qaçqını içəri buraxmağa çağırıb.
Aİ-nin xarici siyasət rəsmisi Federica Mogherini bildirib ki, hüquqi müdafiə yoxdursa da, mənəvi müdafiəni təmin etmək lazımdır.
Türkiyə isə deyir ki, qaçqınları Suriyanın daxilində ərzaq və sığınacaqla təmin edir və onların sərhəddi keçməsinə ehtiyac yoxdur.
Təxminən 35 min suriyalı Hələb yaxınlığında Suriya hökumətinin üsyançılarla qarşıdurmasından sonra qaçıb.
Xanım Mogherininin sözlərinə görə, Aİ Türkiyəyə ona görə maaliyyə yardımı edir ki, "sığınacaq istəyənləri qorumaq üçün resursları olsun".
Noyabrda Aİ Türkiyəyə, onun ərazisində olan suriyalılara yardım üçün 3 milyard avro təklif edib.
Suriyalı qaçqınların böyük hissəsi- 2,5 milyonu artıq Türkiyədədir.
