Avropada ilk Zika virusu hamiləliyi qeydə alınıb

Şəklin mənbəyi, AP
İspaniyada hamilə qadının Zika virusuna yoluxduğu təsdiqlənib. Bu, Avropada virusun qeydə alındığı ilk haldır.
Səhiyyə nazirliyi bildirib ki, qadın bu yaxınlarda Kolumbiyadan qayıdıb və onun xəstəliyə məhz orada yoluxduğu güman edilir.
Amerikada yayılmaqda olan Zika virusu ilə doğulan uşaqlar inkişafdan geri qalmış beyinə malik olurlar.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar tərəfindən yayılan virusun yaratdığı vəziyyətlə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib.
ÜST həmçinin Zika virusunun yayıldığı bölgələrdən qan ianələri almamağı məsləhət görüb, AFP xəbər agentliyi bildlrib.
Zika virusu ilə mikrosefaliya arasında əlaqə hələ ki, öz təsdiqini tapmayıb.
İspaniya səhiyyə nazirliyinin bəyanatında bildirilir ki, hamilə qadının Zika virusuna yoluxduğu Kataloniya regionunda baş verib.
Bəyanatda həmçinin bildirilir ki, "İspaniyada Zika virusunun qeydə alınması onun yayılması təhlükəsini yaratmır, çünki [virus] ölkəyə idxal olunub".



