Təyyarə göyərtəsinə bomba keçirmək asandırmı?

Şəklin mənbəyi, RIA Novosti
Sinay yarımadasında Kogalymavia şirkətinə məxus A321 təyyarəsinin qəzaya uğramasının səbəbini izah edən rəsmi versiya hələ ki, yoxdur.
İslam Dövləti hərəkatına yaxın olduğu deyilən quplaşma oktyabrın 31-də baş verən hadisəyə görə məsuliyyəti üzərinə götürdüyünü bildirir.
Şarm əl-Şeyxdən Sankt-Peterburqa yollanan təyyarənin havada parçalandığını deyən ekspertlər aerobusun göyərtəsində partlayışı istisna etmirlər.
Bu yeganə versiya deyil, lakin onun əsaslı olduğu dolayısı ilə Britaniya və ABŞ hökumətlərinin bəyanatları təsdiqlənir.
ABŞ xüsusi xidmətlərindəki anonim mənbələrə əsasən İslam Dövləti qruplaşması və Sinayda onunla əlaqədar qrup arasında söhbət vaxtı misirli cihadçılar A321 təyyarəsinin məhv edildiyini deməklə lovğalanıblar. Britaniya xüsusi xidmətləri hesab edirlər ki, A321 təyyarəsinə bomba uçuşdan əvvəl qoyula bilərdi, BBC-ə məlum olub.
Daha əvvəl qəza ətrafında deyilənləri spekulyasiya adlandıran Rusiya cümə günü Misirə uçuşları dayandırıb.
Bəs görəsən təyyarəyə partlayıcı maddə aparmaq mümkündürmü, təyyarənin uçuş öncəki təhlükəsizliyi necə qurulub və onun zəif yerləri nədən ibarətdir? BBC Rus xidməti bu suallara cavab tapmağa çalışıb.
Aeroportdakı təhlükəsizlik hansı qaydalarla tənzimlənir?

Şəklin mənbəyi, RIA Novosti
Aeroport təhlükəsizliyi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air Transport Association - IATA) tələb və qaydaları ilə təmin edilir.
Onların böyük hissəsi texniki, inzibati, rabitə sistemi və personalın hazırlığı kimi məsələləri əhatə edir.
Bundan əlavə hər bir ölkə təhlükəsizlik üzrə qanunvericilik bazası və tənzimləyici akt və sənədlərə malikdir.
Bu tələblərə uyğun olaraq Rusiyada hava limanları ətradında 50 metrəlik bufer zonaları, aeroport girişində nəzarət və metal detektorları kimi əlavə təhlükəsizlik tədbirləri görülür.
Təhlükəsizlik nədən başlayır?
"Hazırda rast gəldiyimiz təhlükəsizlik tədbirlərinin hamısı, üzərində artıq yığılmış və yaxud da yığılmayan partlayıcı maddə olan, intiharçının göyərtəyə çıxmasının qarşısının alınmasına yönəlib", - aviasiya üzrə ekspert, "Sukhoi" şirkətinin sabiqkonstruktoru Vadim Lukaşeviç deyir.
"Misal üçün biz qeydiyyatdan keçib, baqajı təhvil verdikdən sonra artıq uçuşdan qala bilmərik. Reys yubadılacaq, bagaj çıxarılacaq. Bütün sistem bunun üzərində qurulub".

Buna görə ekspertlər partlayıcının göyərtəyə sərnişinlər tərəfindən keçirilməsini nəzərdə tutan versiyanı istisna edirlər.
"Bombanın sərnişin tərəfindən keçirildiyini deyəndə güman etmək lazımdır ki, orda kimisə əməkdaşlığa cəlb ediblər və həmin şəxs təhlükəsizlik xitmətinin bütün manelərini keçib".
Digər tərəfdən partlayıcı maddə yanacağın doldurulması və yaxud da baqajın yüklənməsi vaxtı yerləşdirilə bilərdi.
Təyyarə qalıntıları - quyruq hissəsinin gövdə hissəsindən bir qədər aralı olması - bu versiya ilə ziddiyyət təşkil etmir.
Uçuşdan əvvəl təyyarəyə kimin girişi var?
Təyyarə uçuşa müxtəlif aeroport xidmətləri tərəfindən hazırlanarkən onun ayaq yolu təmizlənir, sərnişinlər salonu səliqəyə salınır və baqaj yerləşdirilir.
"Bu məqamda təyyarəyə adam daxil ola bilər", - Likaşeviç deyir.
Onun sözlərinə görə müəyyən texniki biliyi olan şəxs təyyarə yaxın düşdükdən sonra bombanı qoymaq imkanına malikdir.
Təyyarənin salonuna heyət - onun bayırında və baqaj xidmətindəki işlərə isə aeroport xidməti nəzarət edir, Mülki Aviasiyanın "Aeroport" Assosiasiyasının baş direktoru Viktor Qorbaçev deyir.
Onun sözlərinə görə aeroportun texniki işçilərini təhlükəsizlik xidməti yoxlayır, onlar təlimləndirilir.
Viktor Qorbaçov deyir ki, bu riski tam aradan qaldırmır, onu yalnız azaldır.
Ekspert Şarm əl-Şeyx aeroportunun direktorunun vəzifəsindən azad olunması məlumatını şərh edib.
"Demək ki, onların yoxlamaları artıq nəyisə üzərə çıxarıb. Bu ya bilavasitə diversiyaya işarə edən faktlardı, ya da ki təhlükəsizliklə bağlı elə bir qüsurdu ki, onu qəbuledilməz sayaraq rəisi işdən azad ediblər".




