Aİ Balkanlarda miqrant böhranı ilə bağlı vəziyyəti müzakirə edəcək

Ötən həftə Yunanıstana hər gün 9000 miqrant gəlib.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Ötən həftə Yunanıstana hər gün 9000 miqrant gəlib.

Miqrant böhranını təşkil edən prosessin ön xəttində yerləşən Balkan ölkələri Avropaya gələn yeni miqrant dalğasının bufer zonasına çevrilməmək üçün sərhədlərini bağlamaq barədə düşündüklərini deyirlər.

Bolqarıstan bildirib ki, Avropanın şimalında yerləşən ölkələr öz sərhədini bağlasalar, onun ölkəsi, Rumıniya və Serbiya da eyni addım atmalı olacaqlar.

Bu xəbərdarlıq balkan dövlətlərinin Aİ üzvlərilə danışıqları ərəfəsində səslənib.

Mərkəzi Avropa və Balkanlar liderləri arasında miqrant böhranını müzakirə etmək məqəsdilə danışıqlar keçiirilməlidir.

Gərginlik Macarıstan öz səhədini bağlayandan sonra artmağa başlayıb.

Bu addım qaçqınları Xorvatiya və Sloveniyaya üz tutmağa məcbur edib.

Bəzi ərazilərdə miqrantların həddən çox toplaşması müşahidə olunur, onlar açıq havada gecələməli olduqlarından soyuqdan əziyyət çəkirlər.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker mirantların bir ölkədən digərinə xaotik şəraitdə keçməsinin qarşısının alınmasına istəyir.

Almaniyanın Bild qəzetinə müsahibəsində Juncker deyib ki, bu məsələqə qayda-qanun yaradılması barədə razılıq elədə edilməsə, bir müddətdən sonra "Balkanların soyuq çaylarında batıb ölənailələri görəcəyik".

Brüsseldə çağırılan sammitdə Avstriay, Bolqarıstan, Xorvatiya, Makedoniya, Almaniya, Yunanıstan, Macarıstan, Rumıniya, Serbiya və Sloveniya iştirak edirlər.

Sloveniya prezidenti deyib ki, problemlə bağlı qərar qəbul edilməsə, onun ölkəsi "hələ ki gec deyil, bu məsələdə özü bildiyi kimi hərəkət edəcək".

Baş nazir Miro Cerar bundan əvvəl ölkəsilə Xorvatiya arasında sərhəd xəttində hasar çəkiləcəyini istisna etməmişdi.

Miqrasiya Beynəlxalq Təşkilatı bildirb ki, ötən həftə Yunanıstana hər gün 9,000-dən artıq miqrant gəlib - bu, Avropaya miqrant axının indiyədək müşahidə edilmiş ən böyük tempidir.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan miqrantlar, əsasən, Almaniyaya çatıb, bu ölkədən sığınacaq almaq istəyirlər.