Cənubi və Şimali Koreya razılığa gəlib

Şəklin mənbəyi, Getty

Cənubi Koreya gərginliyi azaltmaq barədə razılaşmaya uyğun olaraq Şimali Koreyaya qarşı təbliğatı dayandırıb.

Seul Pxenyanın neytral zonada yerləşdirilmiş minalara düşən iki əsgərə görə üzrxahlıq etməsini istədiyindən onun ərazisinə tərəf səsgücləndiricilərdən anti-təbliğat yayımları edib.

Gərginlik ötən cümə axşamı qısa atışma ilə müşahidə edilib.

Razılaşma isə öncədən minalar barədə iddiaları rədd edən Şimali Koreyanın "üzr istəməyə" razılıq verməsindən sonra əldə edilib.

Cənubi Koreya prezidenti Park Geun-hye deyib ki, razılaşma "barışıq yolu ilə bütün Koreya daxili problemlərin həllinə xidmət edə bilər".

Ötən gecə əldə edilən razılaşma neytral zonada yerləşən "inam kəndi" Panmunjomda əldə edilib.

Ölkə rəsmilərinin verdiyi birgə bəyanat 1950-ci illərdən bəri texniki olaraq müharibə vəziyyətindən sonra ilkdir.

Cənubi Koreya səsgücləndiricilərdən yayımı, Şimali Koreya isə qoşunları sərhəddən çəkərək "yarı-dövlət müharibəsini" dayandıracağını bildiriblər.

Hər iki ölkə 1950-53-cü illərdə müharibə zamanı pərən düşmüş ailələrin birləşməsi üçün çalışacaqlarını bildirib.