Onlayn şərhlər dövrünün sonu çatırmı?

Şəklin mənbəyi, AFP
Rəngarəng onlayn icmaları? Yoxsa təhqir dolu zibilliklər? Şərhlər dövrü artıq geridədirmi?
Xəbər saytlarının şərhlər bölməsi barədə mübahisələr çox vaxt şərhlərin özü qədər kəskin olur.
Bu yaxınlarda The Verge və The Daily Dot saytları səhifələrindəki şərhlər bölməsini bağlayıb, çünki həmin bölmələri işlətmək xeyli çətinləşib.
Həmin saytların nümunəsi yeganə hal deyil. Əksər xəbər saytları üçün şərhlərin moderasiyası ən azı bir ayrıca işçi tələb edir.
BBC News saytında şərhlərə nəzarət edən adam onlarla müxtəlif <link type="page"><caption> normativ qaydaları</caption><url href="http://www.bbc.co.uk/social/moderation/house-rules" platform="highweb"/></link> bilməlidir.
Söyüş, ədəbsizlik, mədəniyyətsizlik nümunələrilə dolu şərhlərlə yanaşı həmin bölmələr irqi və cinsi ayrı-seçkilik edən şərhləri də bəzən özünə cəlb edə bilər.

Şəklin mənbəyi, BBC World Service
Bütün bunlar məsələnin mənfi tərəfidir.
Lakin yadda saxlamağa dəyər ki, BBC də daxil olmaqla, bir çox xəbər qurumları şərh bölmlərindən auditoriyaları ilə ünsiyyət, fikir mübadiləsi qurmaq məqsədilə istifadə edir.
BBC şərhlərdən auditoriyası ilə əlaqə yaratmaq, yeni mövzular tapmaq və birtərəfli monoloqu çoxtərəfli fikir mübadiləsinə çevirmək üçün istifadə edir.
Görəsən, xəbər vebsaytları şərhlər bölməsini hələ də faydalı sayır, yoxsa onların dövrünün artıq bitdiyini düşünür?
BBC Trending The Daily Dot redaktoru Nicholas White və Autostraddle LGBT icması vebsaytının baş redaktoru Marie Lyn Bernard (Reise) bu məsələni ... bəli, şərh etməyə xahiş edib.
Nicholas White, redaktor, The Daily Dot:
Bizim auditoriyamız şərhlər bölməsində yox, sosial media profilimizdə fəallıq göstərir.
Şərhləri tənzimləmək üçün olduqca fəal olmaq lazımdır, əks halda şərh yazanların bir qrupu qalanların səsini saytda boğmaqla məşğul olacaq. Demək, şərhlərə ciddi nəzarət edilməyən mühitdə auditoriyanın səsləri artmaqdansa, əksinə, batırılır.
Resursların qıtlığı şəraitində əsas sual həmin resursları ilk növbədə hara yönəltmək məsələsindən ibarət olur.
Mən hansısa şərhi göstərib deyə bilmərəm ki, məhz bu şərh səbr kasamızı daşdırıb. İndiyədək ələ bir şərh olmayıb kı, ondan sonra deyəsən: "Artıq bəsdir, yetər".
Daha çox hallarda biz saytımızda ümumiyyətlə söhbət deyilən nəyinsə getdiyini görmürük. Xoşagəlməz şərhlərdənsə, daha çox, söhbətin qıtlığının şahidi oluruq.
Bizim "sevimli" şərh növümüz isə məqaləni oxumamış insanların həmin məqaləyə yazdıqları şərhlərdir.
İstifadəçilərimiz bizi trollinq edəndə, biz də, cavab olaraq, onları ehtiyatla trollinq edirik.
Çalışırıq, bu zaman jurnalistika normaları cızığını keçməyək.
Əgər kimsə tamamilə yanlış yazırsa, bizim ona cavabımız təxminən belə olur: "Əgər siz məqalənin 3-cü abzasına baxsanız, orada deyilənin sizin yazdığınıza zidd olduğunu görərsiz".
Biz trollinq edəndə də bunu bir qədər məzə ilə edirik.
Amma bizm də müəyyən prinsiplərimiz var - bəzi yaramaz oxucuları sadəcə bloklayırıq.
Riese, həmtəsisçi və baş redaktor, Autostraddle:
Mən bloqer kimi yazmağa başlamışam, heyətimizin əksəriyyəti bu yolu keçib.
Bizim üçün şərhlər yazılarımızın mövzusunu müəyyən edən, yeni ideyalar oyadan bir mənbədir.
Bizim auditoriyamız saytımıza qoşulanda, bunu özlərinin bənzərini axtarıb-tapmaq, digər iştirakçılarla ünsiyyət yaratmaq məqsədilə edirlər.
Şərhlər bölümündə insanlar özünə dost tapır, yazdıqları rəylərə maraqlı cavablar alır, bizim yazarlar və oxucular arasında özlərinə uyğun gələn bir ünsiyyət çevrəsi yaradırlar.
Ən əvvəldən biz işimizi şərhlər əsasında qurmuşuq, bunun əksi nəzərdə heç tutulmayıb da.
Mən vebsaytların əksəriyyətinin niyə şərhlərdən qaçdığını anlayıram.
Düşünürəm ki, onlar iş vaxtının 75 faizini şərhlərin yaratdığı problemlərin həllinə sərf etmək istəmirlər.
Bizim auditoriyamızın heç də hamısı Facebook istifadəçisi deyil və ya Facebook-da gey olduqlarını açıq etiraf etmək həvəsində deyillər.
Belələri üçün bizim sayt ünsiyyətin rahat meydançasına çevrilir, biz onların şərhlərini, fikir mübadilələrini saytımızda təhlükəsiz və etibarlı şəraitdə qoruyub saxlayırıq.
Bunu biz özümüz üçün mühüm amil sayırıq.
Şərhlər bölməsilə bağlı müzakirələr əsasən "Sən gombulsan", "Öləsən səni" və buna bənzər digər xoşagəlməz şərhlər ətrafında aparılır.
Lakin belə şərhlərin öhdəsindən gəlmək asandır - onları sadəcə silmək və ya bloklamaq mümkündür.
Amma daha çətin kateqoriyalı şərhlər də mövcuddur - insanlar məqaləni oxumayıb ona şərh yazır.
Bələlərinin şəxsi məqsədləri var, onların şərh yazmağının səbəbi həmin məqsdlərlə müəyyən olunur.
Əhəmiyyətsiz, mənasız şərh yazanlar həmişə tapılacaq.
Bundan əvvəl #BBCAzeriTrending-də:
<bold><link type="page"><caption> "Parmesan pendiri və prezervativlər barədə rus lətifələri"</caption><url href="http://www.bbc.com/azeri/region/2015/08/150812_trending_russia_cheese" platform="highweb"/></link> </bold>

Şəklin mənbəyi, BBC World Service
Rusiya Qərb pendirini məhv edir və Qərb prezervativlərinin qadağanı məsələsi üzərində düşünür. <link type="page"><caption> Rusiya interneti isə bütün bunlara reaksiya göstərir.</caption><url href="http://www.bbc.com/azeri/region/2015/08/150812_trending_russia_cheese" platform="highweb"/></link>




