ABŞ: Donald Trump respublikaçıların TV debatında öndədir

Donald Trump Respublikaçı rəqiblərinin tənqidinə tuş gəlib

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Donald Trump Respublikaçı rəqiblərinin tənqidinə tuş gəlib

Donald Trump respublikaçıların ABŞ prezidentliyi uğrunda yarışında liderliyini davam etdirir.

Onun, respublikaçıların yarışında qalib gəlməyəcəyi təqdirdə müstəqil namizədliyini irəli sürəcəkmi sualına cavab verməkdən imtina etməsi, zalda narazılığa səbəb olub.

O, daha öncə qadınlar barədə söylədiyi təhqiramiz şərhlərə görə də üzr istəməkdən imtina edib.

Fox News kanalının təşkil etdiyi televiziya debatında iştirak edən 10 namizəd fikirlərini bölüşüb.

Müzakirə moderatorlarının çıətin sualları ilə qarşılaşan namizədlər fərqlənməyə çalışıb.

Önəmli məqamlar:

  • “Mənim total siyasi səhvsizliyə vaxtım yoxdur ,” qadınlarla bağlı şərhlərinə dair suala cavab verərkən cənab Trump deyib
  • Jeb Bush cənab Trump-ı, mühacirlərlə bağlı şərhlərinə görə, bölücü adlandırıb
  • Bütün namizədlər İranla nüvə razılaşmasını pisləyib
  • John Kasich bildirib ki, əgər qızının gey olduğunu bilsə onu dəstəkləməkdən imtina edər və bunu qəbul etməz

Cənab Trump qadınlarla bağlı şərhlərinə görə çətin vəziyyətdə qalıb.

“Siz sevmədiyiniz qadınları gombul, it, çirk və iyrənc heyvan adlandırmısız,” moderator Megyn Kelly deyib.

Cavabında isə cənab Trump zarafat edib və bildirib ki, siyasi korrektlik ölkənin ən böyük problemidir.

Cənab Rubio isə demokratların namizədi olan Hillary Clinton-u lağa qoyub.

“İcazə verin deyim ki, məncə tanrı bizə rəhm edib. O, Respublikaçılar Partiyasına yaxşı namizədlərlə rəhm edib. Demokratlar heç birini belə tapa bilmirlər”.

Debatın baş verdiyi ərəfədə xanım Clinton Los Angeles-də xeyriyyə tədbirində iştirak edib və bir neçə məşhurla bərabər olub.

Tədbirdə iştirak etmiş televiziya ulduzu Kim Kardashian Clinton-la şəklini tvit edərək yazıb: “Mən selfimi çəkdim!!!”.