ABŞ, silah qadağasıyla Boko Haram qruplaşmasına “kömək edir”

Prezident Muhammadu Buhari bazar ertəsi Washingtona səfəri çərçivəsində ABŞ prezidenti ilə görüşüb

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Prezident Muhammadu Buhari bazar ertəsi Washingtona səfəri çərçivəsində ABŞ prezidenti ilə görüşüb

Nigeriya prezidenti bildirib ki, ABŞ, Nigeriyaya silah satışını qadağan etməklə Boko Haram islamçı qruplaşmasına kömək edir.

ABŞ qanunları insan haqları sahəsində problemləri olan ölkələrə silah satışını qadağan edir.

Nigeriya prezidenti Muhammadu Buhari bazar ertəsi Barack Obama ilə görüşüb, bu sahədə gələcək əməkdaşlığı müzakirə edib.

Boko Haram 2009-cu ildən bəri təxminən 10 000 nəfəri qətlə yetirib və yüzlərlə qızı və qadını oğurlayıb.