Alimlər: dəri xərçəngini herpes virusu ilə müalicə etmək mümkündür

Herpes virusu ilə dəri xərçəngini müalicə etmək mümkündür.

Şəklin mənbəyi, Science Photo Library

Şəklin alt yazısı, Herpes virusu ilə dəri xərçəngini müalicə etmək mümkündür.

Yeni elmi araşdırmanın nəticələrinə əsasən, herpes (dəmrov) xəstəliyinin genetik modifikasiya olunmuş virusunun dəri xərçənginin müalicəsində faydalı ola biləcəyi sübut olunub.

Modifikasiya olunmuş herpes virusu sağlam hüceyrələrə təsir etmədiyi halda, xərçəngə tutulmuş hüceyrələrə düşərkən insan orqanizminə xas olan zülal əmələ gətirir, həmin zülal isə insanın immun sisteminin gücləndirilməsində mühüm rol oynayır.

Tədqiqatın nəticələri Jurnal of Clinical Oncology elmi dərgisində dərc olunub.

Məqalədə bu cür üsulla müalicə nəticəsində xəstənin ömrünün bir neçə il uzadıla biləcəyi qeyd olunub.

Alimlər ümid edir ki, dəri xərçənginə qarşı yeni müalicə üsulunun geniş tətbiqinə bu il ərzində başlamaq mümkün olacaq.