Yeni üsul yumurtalıq xərçəngi xəstələrini xilas edə bilər

Yumurtalıq xərçəngi hüceyrələri

Şəklin mənbəyi, Science Photo Library

Şəklin alt yazısı, Yumurtalıq xərçəngi hüceyrələri

Yumurtalıq xərçənginin diaqnozunu kəskin şəkildə təkmilləşdirəcək yeni müayinə üsulu yaradılıb.

46 mindən çox qadın üzərində həyata keçirilmiş 14 illik Britaniya təcrübəsi göstərir ki, qan analizi mövcud üsuldan iki dəfə daha effektivdir.

London Universiteti (UCL) alimləri deyir ki, yeni üsulun xərçəng xəstəliyini, insan həyatını xilas edə biləcək qədər tez aşkar etməsini müəyyən etmək üçün daha çox nəticəyə ehtiyac var.

Yumurtalıq xərçəngi hər il dünyada təqribən 140 min qadının ölümünə səbəb olur.