Şəkilləri BBC Azərbaycanca üçün Cahangir Yusif çəkib.
Şəklin alt yazısı, Saraya 2013-cü ildə uşaqlıq boyu xərçəng xəstəliyi diaqnozu qoyulub.
Şəklin alt yazısı, Xəstəliyi haqqında evli olduğu ərindən boşanaraq anasının evində yaşamağa başlayanda öyrənib.
Şəklin alt yazısı, İlkin olaraq həkimlər xəstəliyinin çox inkişaf etdiyini bildirərək əməliyyat etməyə belə razılıq verməyiblər.
Şəklin alt yazısı, Nəhayət bir həkim əməliyyatı öhdəsinə götürüb. Sara, əməliyyatdan sonra fərqli həkimlərin müayinəsindən keçərək müalicə alıb.
Şəklin alt yazısı, Müalicələrin bir faydası olmayıb və iki ilə yaxındır ki, Sara bu ağır xəstəliklə yaşayır.
Şəklin alt yazısı, Onun qayğısına anası Tamara xanım qalır.
Şəklin alt yazısı, Saranı müalicə etməyə imkanları olmadığından məcburən bankdan kreditə pul götürməli olublar.
Şəklin alt yazısı, Saranın müalicəsi üçün onkoloji xəstələr üçün nəzərdə tutulmuş hər hansı bir dövlət yardımı göstərilmir.
Şəklin alt yazısı, Sara iki oğlundan biri Raufla birgə. Ümumdünya Səhiyyə Təşkilatının 2008-ci il araşdırmasına görə, Azərbaycanda hər il 450-dən çox qadına servikal (uşaqlıq boyu) xərçəng diaqnozu qoyulur. Bu xəstələrin 230-dan çoxu ölür.
Şəklin alt yazısı, Bir tərəfdən ağır xəstəlik, digər tərəfdən də uşaqlarının məsuliyyəti ailəni çıxılmaz vəziyyətdə qoyub. Şəkilləri BBC Azərbaycanca üçün Cahangir Yusif çəkib.