AI Afrikadan miqrantların qəbulunu kvotalaşdırmaq istəyir

Şəklin mənbəyi, AP

Miqrantların Aralıq dənizində kütləvi ölümünün qarşısını almaq üçün Avropa Komisyası Aİ ölkələrinə qaçqınların qəbulunu kvotalar əsasında həyata keçirməyi təklif edib.

BMT-ə əsasən, bu il 60 minədək miqrant təhlükəli səyahətə çıxmaq cəhdində bulunub.

Bu ilin əvvəlindən Avropaya çatmağa cəhd edən 1800 adam dənizdə həlak olub.

Bu rəqəm keçən ilin müvafiq göstəricisindən 20 dəfə çoxdur.

Avropa Komissiyasının təklif etdiyi miqrasiya siyasəti Avropaya gələn miqrantlara hüquqi yardımın göstəriləcəyini də nəzərdə tutur.

Planının təsdiqi üçün Aİ-ə üzv olan bütün ölkələrin razılığı tələb olunur.

Avropa liderləri bu təklifi iyun ayının sonunda müzakirə edəcəklər.

Britaniya qaçqınlar üçün təklif edilən kvota sisteminin əleyhinə çıxış edir.