Azərbaycan dünyanın senzura beşliyinə düşüb

Şəklin mənbəyi, PA
Beynəlxalq mətbuat hüquqları təşkilatı Jurnalistləri Müdafiə Komitəsinin (The Committee to Protect Journalists -CPJ) senzura indeksində Azərbaycan ilk beşliyə daxil edilib.
Ən çox senzura tətbiq edən ölkələrin ilk onluğunda İran, Kuba, Çin, Səudiyyə Ərəbistanı və Şimali Koreya kimi ölkələr də var.
Təşkilat bildirir ki, hökumətlərin senzura taktikasına jurnalistlərin məhbus edilməsindən tutmuş repressiv qanunlar və internet azadlığı üzərinə qoyulmuş məhdudiyyələrədək ən müxtəlif taktika növləri daxlıdir.
Azərbaycanın bu siyahıda 5, İranın isə 7-ci yeri tutuması məhz bu ölkələrdə jurnalistlərin həbsxanalara salınması ilə bağlıdır.
Eritreya və Şimali Koreya bu siyahıda ilk iki yeri tuturlar.
CPJ senzuraya dair təfərrüatlı hesabatını aprelin 27-də açıqlayacaq.

