Hillary Clinton prezidentlik mübarizəsinə qatılmağa hazırlaşır

hillary_clinton

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Son iki ildə Clinton heç bir siyasi vəzifə tutmayıb

Sabiq ABŞ dövlət katibi Hillary Clinton prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bazar günü elan etməyə hazırlaşır, bir neçə Amerika KİV-lərinin cümə günü yaydığı məlumatında deyilir.

Bu barədə onun sosial şəbəkə vasitəsilə elan edəcəyi gözlənilir.

Bundan sonra sabiq ABŞ prezidenti Bill Clinton-un 67 yaşlı xanımı Ayova və Nyu-Hempşir ştatlarında 2016-ci il seçkilərinin ilk praymerizinə yollanacaq [praymeriz (ingiliscə - primaries – ilkin seçkilər) – siyasi partiyadan vahid namizəd seçmək üçün səsvermə].

ABŞ-ın keçmiş birinci xanımı 2008-ci il prezident seçkilərində namizəd kimi iştirak edib və artıq bu gün Demokrat Partiyasından irəli sürüləcək ciddi namizəd sayılır.

Xanım Clinton-un prezidentlik kampaniyasının əsas mövzularını əks etdirən video yayacağı gözlənilir.

Təhlil

Anthony Zurcher, BBC-nin Şimali Amerika müxbiri

Hillary Clinton namizədliyini irəli sürməyə hazırdır. Bəs seçicilər buna hazırdırlarmı?

hillary_clinton

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Bu yaxınlarda Hillary Clinton 2008-ci ildə praymeriz nəticəsində üçüncü olduğu Ayovaya baş çəkib

O, 2008-ci ildə Demokrat Partiyasının namizədi kimi qələbəyə çox yaxın idi, lakin Barak Obamaya məğlub oldu.

O zaman bəzi həyəcanlı problemlər üzə çıxmışdı – müşavirləri arasında mübahisələr, nadir hallarda aradan götürülən soyuqluq pərdəsi və sanki onun Oval Kabinet nəyinə lazım olduğunu aydın izah edə bilməməsi.

Demokratlar Partiyasında ciddi alternativ çatışmazlığı nəzərə alaraq demək olar ki, bu dəfə Clinton-un namizədlik yolu daha asan olmalıdır.

Bu, ona uzun fasilədən sonra strategiyasını yenidən işləmək üçün vaxt baxımından xeyli üstünlük verir.

Hər necə olsa da, gələn yay onu döyüşlərdə bərkimiş respublikaçıların namizədi gözləyir.

Keçən dəfə o lap yaxında idi. Tezliklə biz onun səhvlərini nəzərə alıb-almadığını bilərik.

Olmayan yerdə

Son vaxtlar Hillary Clinton dövlət katibi vəzifəsində <link type="page"><caption> fərdi poçt hesabını rəsmi məktublar üçün</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/03/150305_clinton_emails_court.shtml" platform="highweb"/></link> istifadə etdiyinə görə tənqidlərlə üzləşib.

usa_elections

Şəklin mənbəyi, no credit

Şəklin alt yazısı, Ehtimal olunan prezidentlik namizədləri. Saat əqrəbinin hərəkəti istiqamətində, yuxarı sol küncdən başlayaraq: Jeb Bush, Chris Christie, Ted Cruz, Elizabeth Warren, Rand Paul, Hillary Clinton

Clinton ərinin iki prezidentlik müddəti dövründə birinci xanım qismində siyasətlə məşğul olub, sonra isə bir neçə il senator olub.

O, 2008-ci ildə demokratların praymerizi zamanı Barak Obamaya uduzub. Sonradan Obama onu dövlət katibi təyin edib, və Hillary Clinton 2013-cü ilədək bu vəzifədə olub.

Bu gün demokratların meydanı respublikaçıların meydanından daha miskin görünür, lakin praymerizdə Clinton-un rəqibləri Merilend ştatının qubernatoru Martin O'Malley və bəlkə vitse-prezident Joe Biden ola bilərlər.

Partiyanın sol qolunda çoxları Massaçusetsin qubernatoru Elizabeth Warren-i də namizədliyini irəli sürməyə çağırırlar.