İD silahlıları Suriya paytaxtındakı qaçqın düşərgəsinə daxil olublar

yarmouk
Şəklin alt yazısı, “Yarmuk” düşərgəsi əslində Fələstin diasporasının qeyri-rəsmi paytaxtı sayılır.

İslam Dövləti təşkilatına aid silahlılar Dəməşqdəki “Yarmuk” Fələstin qaçqın düşərgəsinə daxil olublar.

Bu barədə məlumatı fələstinli rəsmilər və fəallar veriblər.

Xəbər verilir ki, düşərgənin böyük bir hissəsini zəbt etmiş İD döyüşçüləri ilə düşərgədəki qruplar arasında toqquşma baş verib.

BMT-nin məlumatına görə düşərgədə 18 minədək fələstinli var.

İlk dəfə 1948-ci ildə İsrail-Ərəb müharibəsinin ardınca salınmış “Yarmuk” düşərgəsi əslində Fələstin diasporasının qeyri-rəsmi paytaxtı sayılır.

Suriya müharibəsindən əvvəl bu düşərgədə 150 min insan yaşayırdı. Düşərgənin öz məsçidləri, məktəbləri və inzibati binaları var.