Obama Ukrayna hərbçilərinə təlim keçmək əmri verib

Şəklin mənbəyi, AP
ABŞ Prezidenti Barack Obama 780 Ukrayna hərbçisinə təlim vermək barədə əmr verib.
Bu hərbçilər ölkənin Daxili İşlər Nazirliyi sisteminə daxil olan Milli Qvardiyanı təmsil edirlər.
Bunu ABŞ-ın vitse-prezidenti Jo Biden Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbətində bildirib, Ukrayna liderinin internet saytında deyilir.
Saytdakı məlumatda bundan başqa deyilir ki, Biden Ukraynaya hərbi avtomobillər də göndərməyə söz verib ki, onların da ilk partiyası martın sonuna gözlənilir.
ABŞ-da Kiyevə silah verib-verməmək barədə aktiv mübahisələr gedir.
Ölkənin siyasi estəblişmentinin bir hissəsi bu ideyanı dəstəkləsə də Barack Obama bununla bağlı bir qərar verməyib.
