Krım lideri yarımadanın daha Ukraynaya qayıtmayacağını deyir

Şəklin mənbəyi, AP

Krımın baş naziri BBC-ə deyib ki, yarımada tarixi Rusiya vətəninə qayıdıb və bir daha heç vaxt Ukraynanın bir hissəsi olmayacaq.

Sergey Aksyonov deyib ki, yarımadanın bir il öncə Rusiyaya birləşdirilməsi "demokratik hadisə" olub.

Əvvəlcədən yazılmış, lakin bazar günü yayımlanan nitqdə Rusiya prezidenti Vladimir Putin qərbin dirənişi davam edərsə, o atom silahına əl atmağa hazırdır.

Lakin cənab Putin martın 5-dən bəri görünmür.

Kreml onun xəstə, hətta ölməsi barədə şaiyələri rədd edib.

Cənab Putin bazar ertəsi Sankt Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşməlidir.

Cənab Atambayev administrasiyası prezidentin artıq Rusiyada olduğunu təsdiqləyib.

Krım ötən il martın 18-də formal olaraq Rusiyaya birləşdirilib. Bu isə Ukraynaya loyal krımlılar və beynəlxalq icma tərəfindən tanınmayıb.

Bundan əvvəlsə, kimliyi bilinməyən silahlılar yarımadanı ələ keçirib və cənab Putin də bildirib ki, o "Krımın özünümüdafiə qüvvələrinə" yardım üçün qoşun göndərib.

Baş verənlər ABŞ və Avropa İttifaqının Rusiyaya və cənab Aksyonov da daxil olmaqla müxtəlif şəxslərə sanksiyalar tətbiq etməsilə bitib.

Lakin cənab Aksyonov Rusiyanın səhv hərəkət etmədiyini deyir.

"Mən deyə bilərəm ki, heç kim heç nə almayıb", o, BBC jurnalisti John Simpsona deyib.

"Bu krımlıların seçimi idi. Heç nə yerlilərin dəstəyi olmadan baş verə bilməz. Buna görə də, bu aqressiv deyil, demokratik hərəkət idi".

Onun sözlərinə görə, qərblilər bunu anlamaması əsas səhv və anlaşılmazlıqdır.

"İnsanlar media ilə səhv məlumatlandırıldığından keçən il Krımda nə baş verdiyi dəqiq bilinmir".