İraq qoşunları Tikritə nəzarəti ələ alır

Şəklin mənbəyi, BBC World Service
İraqın hökumət qüvvələri Tikrit şəhərinin şimal-şərqində böyük əraziləri İD döyüşçülərindən geri alıblar, təhlükəsizlik rəsmiləri bildirir.
Bildirildiyinə görə, əsgərlər və şiə hərbçiləri Qadisiyə məhəlləsində yerləşən hospitalda İraq bayrağını qaldırıblar.
Lakin onlar Tikritin cənub və qərbində elə də böyük irəliləyiş əldə edə bilməyiblər.
Səddam Hüseynin doğulduğu şəhəri tutmaq üçün həyata keçirilən əməliyyat hələ ki, İraq hökumətinin ən böyük hücum əməliyyatıdır.
İran, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın həyata keçirdiyi hava hücumları tərəfindən dəstək qazanmasa da, 30,000-lik qoşunların idarə olunmasında köməklik göstərir.
İD Tikrit şəhərini keçən ilin iyun ayında, İraq qoşunlarının tənəzzülü nəticəsində ələ keçirmişdi.
Körpü “bombalanıb”
Çərşənbə günü səhər, Səlahuddin əyalətindəki Samarra Əməliyyatlar Komandanlığının təhlükəsizlik işçisi BBC-ə bildirib ki, hökumət qüvvələri bir həftədən artıq davam etmiş ağır döyüşlərin ardından şimal-şərqi Tikritə daxil olublar.
O bildirib ki, əsgərlər və Xalq Səfərbərliyi döyüşçüləri indi Tikritin ən böyük məhəlləsi olan Qadisiyənin üçdə ikisinə nəzarət edirlər və yaxınlıqdakı hərbi hospitalda İraq bayrağını qaldırıblar.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Təhlükəsizlik işçisi əlavə edib ki, hökumət qüvvələri şimal-şərqdəki Samra kəndini də ələ keçiriblər və bununla da Əl-Ələm rayonuna tam nəzarət edirlər.
Lakin rəsmi onu da bildirib ki, döyüşlər hələ də Qadisiyənin cənubunda davam edir və hökumət qüvvələri şəhərin cənub və qərb məhəllələrinə daxil ola bilməyiblər.
Hökumətin iddiaları dərhal təsdiqini tapa bilməyib. İraqın digər ərazilərində hökumətin həyata keçirdiyi uğurlu əməliyyatlar sonradan İD tərəfindən uğursuzluğa düçar olub.
Çərşənbə axşamı təhlükəsizlik işçiləri bildirib ki, İD silahlıları hökumət qüvvələrinin irəliləyişinin qarşısını almaq üçün Əl-Əlam rayonunun şimalına aparan körpünü partladıblar.




