#BBCAzeriTrending: Parisdə yəhudi kimi 10 saatlıq gəzinti

zvika klein

Şəklin mənbəyi, BBC World Service

Yəhudilər Paris küçələrində dinc şəkildə gəzə bilərmiʔ

İsrail xəbər saytında çalışan jurnalist Zvika Klein bu suala cavab üçün yola çıxıb. O, gizli kamera vasitəilə şəhərin küçələrində gəzməyin nə olduğunu göstərən "10 saat içində…" YouTube formatını əldə edib.

İlk dəfə bu format keçən ilin oktyabrında nümayiş etdirilib. Nyu-York küçələrində gəzərkən cinsi sataşmaya məruz qalan qadının <link type="page"><caption> video görüntüləri</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/10/141030_bbctrend_street_harassment_video.shtml" platform="highweb"/></link> təxminən 40 milyon dəfə izlənilib. Daha sonra buna bənzər videolar da yayılmağa başlayıb.

<link type="page"><caption> Həmçinin izləyin: Küçə sataşmasının nə olduğunu göstərən video</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/10/141030_bbctrend_street_harassment_video.shtml" platform="highweb"/></link>

Klein-ın versiyası Fransa paytaxtında reallaşır. Filmdə o, Eyfel Qülləsinin qarşısında ənənəvi yəhudi təkkəsini geyinərək şəhərin küçələrində gəzişir. Gəzdikcə onun ciddi təhqirə məruz qaldığı üzə çıxır.

Sakinlər gözlərini ona zilləyir və tüpürür, bəziləri isə açıq şəkildə "yəhudi" və "Yaşasın Fələstin" qışqırırlar.

Klein-ın sözlərinə görə, video fevralın əvvəlində 10 saatdan çox çəkilib və sonda redaktə edilərək sadəcə 90 saniyəlik klip halına salınıb.

Video 24 saat ərzində 100 000 dəfədən çox izlənilib və baxanların sayı da durmadan artır.

Paris

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Parisdə "Charlie Hebdo" hücumları baş verəndən sonra sinaqoqlarda və yəhudi məktəblərində təhlükəsizlik tədbirləri artırılıb

Klein BBC Trending-ə bildirib ki, o, İsraildə yerləşən xəbər saytı üçün bu təcrübəni həyata keçirməkdən ötrü Parisə səyahət edib.

Bizim üçün Klein-ın videosunu təsdiqləmək mümkün deyil. Digər "10 saat içində…" videoları kimi bu video da çoxlu redaktəyə məruz qalıb və tənqidçilərin sözlərinə görə, adamda saxta təəssüratı yaradır.

<link type="page"><caption> Həmçinin izləyin</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/11/141112_trending_10hours_imitations.shtml" platform="highweb"/></link><link type="page"><caption> : "Küçədə sataşma" videosunun neçə versiyasını görmüsünüz?</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/11/141112_trending_10hours_imitations.shtml" platform="highweb"/></link>

Klipin kasıb və əsasən müsəlmanların yaşadığı məhəllələrdə çəkildiyi görünür. O, bilərəkdən neqativ şərhlər axtarmaqda ittiham edilə bilərmiʔ

Klein məsələyə bu cür yanaşmır. "Əgər mən əlimdə İsrail bayrağı ilə gəzsəydim, bunun mənfi hisslər yarada biləcəyini başa düşərdim. Lakin düşünmürəm ki, təkkə geyinmək bu cür ab-hava yaratmalıdır".

Beləliklə, yəhudilər bütün şəhər boyu bu cür təhqirlə üzləşirlərmiʔ Klein-ın BBC Trending-ə bildirdiyinə görə, xeyr, hər yerdə deyil.

Şəklin mənbəyi, Getty

Şəhərin daha məşhur məhəllələrində - Champs Elysees və Eyfel Qülləsi ətrafında - Klein "videoda istifadə etmək üçün əhəmiyyətsiz sayılacaq qədər az halla rastlaşıb".

"Şəhər ətrafına və ya şəhərin müəyyən məhəllələrinə getdikcə, atmacalar daha hiddətli hal alır," o deyir.

Baxmayaraq ki, cangüdən Klein-ı və onun gizli operatorunu izləyib, onu döyüşə çağıran olmayıb. "Fikirləşdim ki, fiziki zorakılıq halları ilə rastlaşa bilərəm, lakin bu baş vermədi", Klein deyir.

Əslində isə bəzi yerlilər təhqirə məruz qalarkən onu müdafiə edib və bəzi səmimi söhbətlər də olub. Lakin bütün bunlar çəkilməyib və videoya əlavə edilməyib.

Açıq antisemit qətllər sayılan Kopenhagendəki iki qətl və keçən ay Parisdəki yəhudi dükanında dörd nəfərin öldürülməsi ilə Avropadakı bəzi yəhudilər özlərini müdafiəsiz hiss edirlər.

Parisdəki yəhudi icma təşkilatı olan MJLF prezidenti Marc Konczaty deyir ki, o bu video ilə təəccüblənməyib və şəhərdə antisemit təhqirlər "daha da kəskinləşir". "İnsanlar artıq ictimai yerlərdə atmacalardan çəkinmirlər", o deyir.

Lakin Marc, Klein-ın müşahidəsi ilə razıdır ki, bu hal adətən Parisin şimal və şərqindəki müəyyən məhəllələrlə məhdudlaşır. O əmindir ki, şəhərdəki müsəlmanlar və digər azlıqlar da bənzəri problemlərlə üzləşirlər.