#BBCAzeriTrending: "Küçədə sataşma" videosunun neçə versiyasını görmüsünüz?
Hindistan, Peru, Avstraliya - Nyu York videosundan sonra "10 saatlıq gəzinti" videoları bütün dünyaya yayılıb.
İki həftə öncə "Nyu Yorkda qadın olaraq gəzmək" videosu YouTube saytında yerləşdirildi.
Nyu York küçələrində qadınların necə təqib olunmasını göstərən kampaniya videosu artıq 35 milyon dəfə izlənilib. Populyarlığına görə dünyanın bir çox yerində onu təkrarlayanlar və ya parodiyasını düzəldənlər olub.
#BBCtrending bu seriyadan bəzi maraqlı videolara nəzər salıb.
Video jurnalist: Neil Meads