Həkimlər: hamiləliyin erkən dövründə spirtli içkilərdən uzaq olmaq lazımdır

Şəklin mənbəyi, SPL
Britaniya həkimləri hamiləliyin ilk 3 ayında qadınlara alkoqollu içki qəbul etməməyi məsləhət görür.
Bu barədə Londonda mənzillənən King's College universitetinin həkimlərinin ginekoloq və mama həkimləri üçün hazırladığı təlimatda deyilir.
Təlimatın əvvəlki nəşrində hamiləliyin erkən dövründə həftədə iki qədəh şərabın qəbul edilməsini həkimlər zərərsiz sayırdı.
Mütəxəssislərin qeyd etdiyi kimi mayalanmadan sonra keçən ilk 3 ay müddəti rüşeymin inkişafı üçün olduqca vacibdir.
Ekspertlərə görə, alkoqol ətənə vasitəsilə rüşeymə mənfi təsir göstərə bilər.
Məhz buna görə hamilələyin ilk 3 ayı dövründə uşaqsalma hadisəsinin baş verməsi riski artır.
Təlimata əsasən, hamilələyin ilk 3 ayı keçdikdən sonra hamilə qadınlar həftədə 2 dəfə 2 şərti alkoqol miqdarı qəbul edə bilərlər.
1 şərti alkoqol miqdarı təxminən 250 qramlıq 4,5% tündlüyündə pivə badəsinə bərabərdir.
12% tündlüyündə kəmşirin şərabın 175 qramı isə təxminən 2 şərti akohol miqdarına bərabərdir.

Britaniyalı həkimlərə görə, hamiləlik dövründə hədsiz dərəcədə alkoqollu içki qəbul edilməsi rüşeymin orqanlarında patoloji fəsadlara gətirb çıxara bilər.
Ekspertlər içkiyə vərdiş etmiş qadınlarda uşaqsalma və ya ölü uşaq doğmaq riskinin xeyli yüksək olduğunu qeyd edirlər.




