Çin: korrupsiyada ittiham olunan milyarder edam olunub

Pekin

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Çində növbəti edam hökmü icra edilib

Çin rəsmiləri korrupsiyada ittiham olunan beş biznesmenə qarşı ölüm hökmünü icra ediblər.

Edam olunanlar arasında ölkənin ən iri mədən korporasiyalarından biri olan Hanlong Groupun keçmiş rəhbəri, milyarder Lü Han da var.

Çin KİV-lərinin verdiyi xəbərə görə o, bir vaxtlar Çinin ictimai təhlükəsizlik naziri Çjou Yunkanın hazırda həbsdə olan oğlu ilə əlaqəli olubmuş.