Kanada: Lotereya "qalibi" 7 saniyəlik yubanmaya görə cəkpotdan məhrum olub

Şəklin mənbəyi, thinkstock
Kanada Ali Məhkəməsi 7 saniyəlik yübanmaya görə $27 milyonluq lotereya uduşundan məhrum olumuş vətəndaşın şikayətinə baxmaqdan imtina edib.
Kvebek bölgəsindən olan həmin sakin 2008-ci ildə lotereya tirajı bitməsinə bir neçə saniyə qalmış 2 lotereya bileti alıb, lakin biletlərdən birincisi kassa aparatından vaxtında çıxsa da, ikincisi tiraj bağlandıqdan 7 saniyə sonra çıxıb, yəni yalnız növbəti tirajda iştirak üçün yararlı sayılıb.
Joel Ifergan hər iki lotereya biletini möhlət vaxtı bitənə qədər aldığında və buna görə ikinci biletinin də məhz həmin günün tirajı üçün həqiqi sayılmalı olduğunda təkid edir.
Xəbərlərə görə öz hüququnu sübut etmək üçün o, vəkillərə $100 000 xərcləyib.
"Məyus olmuşam, bu, yalnız pul söhbəti deyil", Joel Ifergan CTV News televiziya kanalına bildirib.
Joel Ifergan yaranmış vəziyyətdə görə təqsiri Kvebekin ləng işləyən lotereya maşınlarında görür.
"Kanadanın başqa yerində bilet alsaydım artq 7 il əvvəl milyoner olmuşdum", Joel Ifergan deyib.
Monreal sakini olan J.Ifergan Kvebek lotereyası təşkilatçılarını məhkəməyə versə də, Kvebek regional məhkəməsi və indi də Kanada Ali Məhkəməsi iddianı rədd ediblər.
Joel Iferganın yubandığı tirajda $27milyonluq cəkpot digər bir oyunçuya nəsib olub.
Bilet yubanmasına dair iddia məhkəmə tərəfindən təmin edilsəydi, həmin tək qalib cəkpotu Ifergan ilə tən yarı bölüşdürməli olacaq idi.




