Səudiyyə Ərəbistanı: kral Abdullanın dəfn olunub

Şəklin mənbəyi, Reuters
Səudiyyə Ərəbistanının paytaxtında cümə günü vəfat edən kral Abdullanın dəfn mərasimi keçib.
Dəfndə iştirak etmək üçün bir çox dünya hökumətlərinin nümayəndələri Ər-Riyada gəliblər.
Dəfn mərasimində Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətinə vitse-prezident Joe Biden rəhbərlik edir.
Cümə günü vəfat etmiş kralın 90 yaşı vardı.
Onun qardaşı Salman yeni kral elan edilib.
Kral Abdullah ciyər infeksiyasından əziyyət çəkirdi və son həftələrini xəstəxanada keçirib.

Şəklin mənbəyi, .
2005-ci ildə hakimiyyətə gələn Abdullah son illərdə xəstəliklə yadda qalıb.
Yeni Kral
60 yaşlarında olan Muqrin yeni kral elan edilib.
BBC jurnalisti Frank Gardner deyib ki, Səudi Ərəbistanında Kral Abdullahın ölümü ilə daxili təhlükəsizlik problemləri yarana bilər.
1953-cü ildə vəfat edən Kral Abdulazizin üç oğlu müasir Səudi Ərəbistanının banisi sayılır.
Kral Salman krallıq ailəsinin Sədaqət Şurasının çağıraraq Muqrinin kral elan edildiyini bəyan edib.
"Kral Salman ibn Abdulaziz Al Saud, onun ailə üzvləri və xalq cümə gecəsi saat 1-də vəfat edən İki Müqəddəs Məscidin Kralı Abdullah ibn Abdulaziz üçün yas tutur, onun sitatında deyilir.




