İçki sayğacı: harda nə qədər alokoqol içirlər?

Bir çox adamın qeyd etdiyi bayram fəslinə - Milad və Yeni il ərəfəsinə təsadüf edən dekabr ayında alkoqol istehlakı artır.

Bəs görəsən spirtli içkilərin istehlakı nisbəti ölkələr üzrə necə fəqrlənir?

Bu barədə məlumat aşağıdakı cədvəllərdə əks olunur.

Şəklin mənbəyi, BBC World Service

“Başqa” içkilərə nə aid edilir?

"Başqa" kateqoriyadakı içkilərə Saxaradan cənubdakı Afrika bölgələrindədək geniş yayılan pivə növləri aid edilir. Onlar qızmar və quraqlıq keçən iqlimə davamlı olan sorqum tахıl bitkisi cinsindən hazırlanır.

Çində sorqumdan kiçik qədəhlə içilən sərt Baycü arağı çəkilir. Bu içkinin ən qədim markası olan “Moutai”-ni Çinin kommunist lideri Mao Dzedun içərmiş.

Düyüdən çəkilən Soju içkisi Cənubi Koreyada çox populyardır. Yerlilərin ən çox xoşuna gələn Jinro markası isə dünyada ən yaxşı satılan sərt spirtli içkilərdən birisidir.

Pivənin əsasını maltlanmış taxıl təşkil edir, şərab üzümdən çəkilir, qarğıdalı, sorqum, düyü, darı və yaxud da üzümdən fərqli hər-hansı meyvədən hazırlanan fermentləşdirilmiş içki isə “başqa” kateqoriyasına aid edilir.

Geniş içki növlərini əhatə etdiyi üçün bu kateqoriya cədvəldə nəzərə alınmayıb.

Sorqum başqa bitkilərin davam gətirməyən şəraitdə yetişdirilə bilər.
Şəklin alt yazısı, Sorqum başqa bitkilərin davam gətirməyən şəraitdə yetişdirilə bilər.
Bu bitkidən bir çox Afrika ölkələrində yerli pivə növü hazırlanır.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Bu bitkidən bir çox Afrika ölkələrində yerli pivə növü hazırlanır.

Müəlliflər: Ed Lowther, James Offer, Gerry Fletcher və Aidan Fewster.