"İslam Dövləti liderinin mesajı" yayılıb

Bağdadi adından internetdə yayımlanan müraciətdə İD-nin “son əsgərədək” mübarizə edəcəyi bildirilir.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Bağdadi adından internetdə yayımlanan müraciətdə İD-nin “son əsgərədək” mübarizə edəcəyi bildirilir.

İslam Dövləti liderinin yaralanması barədə xəbərlərin yayılmasının ardınca internetdə Əbu Bəkr əl-Bağdadi tərəfindən yazıldığı iddia edilən audiomüraciət yayımlanıb.

Bağdadi adından internetdə yayımlanan müraciətdə İD-nin “son əsgərədək” mübarizə edəcəyi bildirilir.

Müxbirlər lent yazısının həqiqi olması qənaətindədirlər.

BBC təhlilçilərinə əsasən, audiomüraciət Əbu Bəkr əl-Bağdadinin ölümü barədə xəbərləri təkzib etmək məqsədilə yazıla bilərdi.

Ötən həftə İD liderinin koalisiya qüvvələrinin hava hücumunda ağır yaralandığı xəbər verilmişdi.

Cümə axşamı internetə yerləşdirilmiş müraciətdə hava hücumu ilə bağlı heç nə deyilmir.

Lakin lent yazısında Barack Obamanın İraqa əlavə əsgər göndərmək qərarı da daxil olmaqla hücumdan sonra baş verən olaylar qeyd olunur.

Audiomüraciətdə İD tərəfdarları dünya boyu “cihad vulkanlarına” səslənilirlər.

İD əleydarlarını "yəhudi, səlib yürüşçüləri, mürtəd və iblis” kimi təsvir edən səs yazısında Amerikanın, müttəfiqlərilə birlikdə “zəif, gücsüz və qorxu içində” olduğu deyilir.

Lent yazısında Səudiyyə Ərəbistanı liderləri “ilanın başı”, ABŞ koalisiyasına qatılan Körfəz ölkələrinin rəhbərliyi isə “satqın” adlandırılır.