Winston Churchill-in şəkilləri dövlətə təklif olunub

Şəklin mənbəyi, CHURCHILL HERITAGE LTD
May ayında sabiq baş nazirin kiçik qızının vəfatından sonra Ser Winston Churchill-in fırçasından çıxmış 38 şəkil Britaniya dövlətinə təklif olunub.
Mary Soames şəkillərin Chartveldəki Churchillərin ailə evində saxlanılmasını vəsiyyət edib.
İşlərin çoxu həmin evdə 1996-cı ildən bəri sərgilənməkdədir.
İncəsənət tarixçisi David Coombs Winston Churchill-in yaradıcılığını "böyük tarixi və bədii əhəmiyyətə malik milli irs” kimi səciyyələndirib.
“İşlər onun həyatının ictimai diqqətdən kənarda qalan tərəfini sərgiləyir”, cənab Coombs deyir.
Ser Churchillin işləri dövlətə varislik vergisi əvəzində təklif olunub. Bu təkliflə bağlı qərar gələn il qəbul ediləcək.
Xanım Soames 1935-ci ildə çəkilmiş “Coast Scene near Cannes” şəklinin parlamentdə və 1946-cı ildə yaradılan “View From a Bathing Hut at the Miami Surf Club” işinin İmperial Müharibə Müzeyində qalmasını istəyib.
Churchill rəssamlıq istedadını 40 yaşlarında aşkar edib.
O zamandan bəri siyasətçi nadir hallarda boyaları götürmədən səfərə çıxıb.
Şəkil çəkməkdən həzz alan Churchil rəssamlığı “namünasib tələblər” etməyən “dostu" adlandırıb.
Rəssamlıq üzrə rəsmi təhsilə malik olmayan Churchillin işləri arasında peyzaj janrı üstünlük təşkil edir.
Sabiq baş nazir vaxtilə bir çox şəkillərini hədiyyə edib.
Hazırda 500-dən artıq şəkil müəllifi olan Churchillin işləri dünya boyu şəxsi kolleksiyalar və muzeylərdə saxlanılır.
Şəkilləri dövlətə təklif edən xanım Soames-ın şəxsi əşyaları bu ilin sonunda Londonda keçirilən hərraca çıxarılmalıdır.



