Obama Suriya məsələsində Konqresin dəstəyini alqışlayıb

obama

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Cənab Obama planı Senat tərəfindən təsdiqləndikdən sonra çıxış edib

ABŞ prezidenti Obama bildirib ki, Suriyadakı üsyançıların zəiflədilməsi ilə bağlı 500m dollarlıq planının Konqres tərəfindən dəstəklənməsi, ABŞ-ın İslam Dövlətinə qarşı birləşdiyini bütün dünyaya nümayiş etdirir.

Cənab Obama, planının ABŞ Senatı tərəfindən təsdiqlənməsindən sonra çıxış edib.

“Yeni təlimlərin həyata keçirilməsi ilə bağlı Konqresdən gələn bu güclü dəstək dünyaya göstərir ki, amerikalılar İD-dən gələn təhlükəyə qarşı birdir”.

ABŞ, cümə axşamı İraqdakı İD hədəflərinə zərbələri davam etdirib.

İD və ya İŞİD kimi tanınan cihadçı qrup, Suriya və İraqın şimalında böyük ərazilərə nəzarət edir və ABŞ, avqust ayından bəri İraqdakı İD qüvvələrinə qarşı 174 hava zərbəsi endirib.

Hava zərbələrinin indi Suriyada həyata keçiriləcəyi gözlənilir.