Harri Kasparov FİDE prezidentliyinə iddialıdır

Şəklin mənbəyi, v
Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti vəzifəsini tutacağına ümid edir.
Hazırda bu vəzifəni rusiyalı milyoner Kirsan İlyumjinov tutmaqdadır.
Onların arasında "əzələ nümayişi" Norveçin Tromso şəhərində sahmat olimpiadasının keçirilməsi zamanı baş verməlidir.
Kirsan İlyumjinov FİDE-ə 19 ildir ki, rəhbərlik etməkdədir.
Lakin İlyumjinovun tənqidçiləri onu "Kremlin əlində oyuncağa" bənzədir və diktatorlarla sıx əlaqə yaratmaqda ittiham edirlər.
51 yaşlı Harri Kasparov hüquq müdafiəçisi və prezident Putinin əleyhdarı kimi tanınır.
O, Kirsan İlyumjinovu prezident Putinə həddən artıq yaxın olmaqda və FİDE prezidentliyindən sui istifadə etməkdə ittiham edir.

Şəklin mənbəyi, BBC World Service
Kasparovun sözlərinə görə, dünyanın hər bir ölkəsində yerləşən hər bir Rusiya səfirliyi İlyumjinovu dəstəkləməyi özünə borc bilir.
"Bu şahmat deyi - bu sırf siyasi mübarizədir", Norvecin Dagbladet qəzetinə müsahibəsində Kasparov bildirib.
52 yaşlı İlyumzhinov deyir ki, o bir dəfə "yadplanetlilər tərəfindən oğurlanıb" və hətta onlarla telepatiya yolu ilə ünsiyyət qurmağa nail olub, yadplanetlilərlə birgə nəhəng kosmik gəmidə başqa bir planetə səyahət edib".
İlyumjinovun tənqidçilərinin təbirincə, "bu cür bəyanatlar sponsorları şahmatdan uzaqlaşdırır".
Onlar İlyumjinovu eləcə də vaxtilə Səddam Hüseyn və Müəmmar Qəzzafi ilə yaxın əlaqələr qurduğuna görə şahmatın nüfuzuna zərər vurmaqda ittiham edirlər.
Kirsan İlyumjinovun özü isə New York Times qəzetinə bu yaxınlarda verdiyi müsahibəsində "şahmatın siyasətdən kənar" olduğunu vurğulayıb.
"Bu səbəbdən Kasparov təhlükəlidir, onun cəhdlərinin qarşısı alınmalıdır. Kasparov şahmatı siyasətlə qarışdırmağa başlayıb - bu şahmat aləmini narahat edir", İlyumjinov qeyd edib.



