İraqda siyasi böhran dərinləşir

İraq

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Kürd peşmərgə qüvvələri İraqın şimalında iki şəhərə nəzarəti bə\rpa ediblər.

İraqın Baş Naziri Nuri əl-Maliki "konstitusiyanı pozduğuna görə" ölkə prezidentindən məhkəməyə şikayət edəcəyini bəyan edib.

Televiziya ilə çıxışında əl-Maliki parlament onun üçüncü müddət üçün Baş Nazir səlahiyyətlərini təsdiqləməyəndən sonra prezident Fuad Məsumu işə qarışmadığına görə tənqid edib.

Əl-Maliki deyib ki o, bazar ertəsi günü prezident Fuad Məsumdan məhkəməyə rəsmi sürətdə şikayət ərizəsi təqdim etmək niyyətindədir.

Baş nazir Malikinin rəhbərlik etdiyi koalisiya aprel ayında keçirilmiş seçkilərdə parlamentdə yerlərin əksəriyyətini qazansa da, parlament onun 3-cü müddətə baş nazir olmasına razılığını bu günədək verməyib.

Nuri əl-Maliki televiziya çıxışında qeyd edib ki, prezident Məsum son tarix sayılan avqustun 7-dək ən iri siyasi blokun liderinin namizədliyini baş nazir vəzifəsinə təyin etmədiyinə və həmin şəxsdən höküməti formalaşdırmağı xahiş etmədiyinə görə "ölkə konstitusiyasını 2 dəfə pozub".

Bundan əvvəl əl-Malikinin ünvanına cihadçıların şimalda üsyanı ilə bağlı istefa vermək çağırışları səslənmişdi.

Baş nazir televiziya ilə çıxış etdiyi zaman onun silahlı tərəfdarları paytaxt Bağdad ətrafında yerləşən mövgelərdə döyüşə hazır vəziyyətə gətiriliblər.

ABŞ İraqı bütün siyasi qüvvələrin iştirakı ilə geniş koalisiya əsasında hökümət formalaşdırmağa çağıraraq prezident Məsumu dəstəkləyən bəyanat verib.

Bundan əvvəl İraq kürdləri islamçı silahlıları məğlub etmək üçün beynəlxalq birlikdən hərbi yardım istəmişdilər.

ABŞ aviasiyası İraq Kürdistanı paytaxtı Ərbil yaxınlığında "İslam Dövləti" (İD) yaraqlılarının mövgeyinə 4 dəfə bomba zərbələri endirirb.

Kürd rəsmiləri bildirirblər ki, İD yaraqlıları mövgeyinə ABŞ aviasiyasının hava zərbələri Nineveh bölgəsində kürd peşmərgə döyüşçülərinə ağır döyüşlərdən sonra Gver və Mahmur şəhərlərinə nəzarəti bərpa etməyə imkan verib.