MH17: ATƏT ekspertlərinin "Boeing777"-nin düşdüyü yerə gəlişi yubanır

MH17

Şəklin mənbəyi, reuters

Şəklin alt yazısı, Hollandiya polisinin hadisə yerinə gəlişi təxirə salınır

ATƏT ekspertləri Malayziyaya məxsus Boeing sərnişin təyyarəsinin düşdüyü yerə hələ gəlməyəcəklər.

Hollandiyalı ekspertlər və ATƏT əməkdaşlarının Malayziya təyyarəsinin qəzaya uğradığı yerə göndərilməsi məsələsi Ukraynanın şərqində döyüşlərin bərpa olunması ilə bağlı təxirə salınıb, BBC müxbiri Kevin Bishop xəbər verir.

Məlumatlara görə, bundan əvvəl, ötən cümə axşamı günü, Malayziya rəsmiləri Ukrayna separatçıları ilə polisin təyyarənin düşdüyü əraziyə buraxılması məsələsində razılığa gələ bilmişdilər.

Malayziya Baş naziri Najib Razakın Facebook səhifəsində yerləşdirdiyi məlumata əsasən, çərşənbə günü 68 malayziyalı polis əməkdaşının baxış keçirmək məqəsdilə Beynəlxalq missiya tərkibində təyyarəinin qəzaya uğradığı yerə yollanacağı məsələsi bundan əvvəl razılaşdırılıbmış.

Eləcə də Hollandiya Baş naziri Mark Rütte bundan əvvəl isitintaqın aparılması və qalan cəsədlərin axtarışının davam etdirilməsi üçün 40-dək silahsiz polis əməkdaşının Ukraynanın şərqinə göndəriləcəyini bəyan etmişdi.

Malaysia Airlines şirkətinə məxsus və MH17 Amsterdam – Kuala-Lumpur reysilə uçan Boeing777 təyyarəsi iyulun 17-də Donetsk vilayətin üzərində qəzaya uğrayıb. Təyyarədə 298 nəfər olub – onların hamısı həlak olub.