MH17: "qara qutular" yaxşı vəziyyətdədir

Şəklin mənbəyi, EVN
Ukraynada qəzaya uğramış Malayziya Hava Yolları təyyarəsinin avtomatik səs yazıçısı yaxşı vəziyyətdədir, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) bəyan edib.
"Avtomatik səs yazıçısı yaxşı vəziyyətdədir", BMAT-ın məlumatında deyilir.
Bundan əvvəl deyilirdi ki, Donetskdə Malayziya rəsmilərinə verilən təyyarənin "qara qutuları" Britaniya mütəxəssisləri tərəfindən araşdırılacaq.
Plana görə, "qara qutular"ın oxunması iki sutka çəkəcək.
Amsterdamdan Kuala-Lumpura uçan MH17 təyyarəsi iyulun 17-də Ukraynanın Donetsk vilayətinin Hrabove kəndi yaxınlığında qəzaya uğrayıb.
Ukrayna höküməti və Qərb iddia edir ki, təyyarə özünü "Donetsk Xalq Respublikası" adlandıran qiyamçıların nəzarət etdiyi rayondan raketlə vurulub. Separatçılar qəzayla bağlı iddiaları rədd edir.
