"Məsləhət bilinməyən karyera məsləhətləri"

advice_panda

Şəklin mənbəyi, Thinkstock

Şəklin alt yazısı, Bəzi tövsiyələr sizə oyuncaq panda üçün faydalı olduğu qədər kömək edər

Karyera inkişafı üzrə məsləhətlərə hər addım başı, hər saytda rast gəlmək olar. Amma həmişəmi bu məsləhətlərə əməl etməyə dəyər? Bəzən internetdə səpələnmiş müdriklik zərrəciklərinin hansıları məhz sizin halda həqiqətən yararlı, hansılarının isə sizin karyera yüksəlişi məqsədlərinizə uyğun gəlmədiyini müəyyən etmək o qədər də asan olmur.

Bunların arasında tamamilə nəzərə alınmaya bilən məsləhətlər mövcuddurmu? Hansı elə bir şey var ki, potensial işverənə heç vaxt demək lazım deyil?

Ötən həftə LinkedIn sosial şəbəkəsinin bir neçə nüfuzlu istifadəçilərin bu mövzuda bölüşdüyü bir qədər gözlənilməz fikirləri ilə tanış olmuşduq.

İlya Pozin, Pluto.TV, Open Me и Ciplex saytların müəssisi

“Karyeradan söhbət düşəndə biz hələ də köhnəlmiş, lakin yenə də təkrar olunan məsləhətlərə qulaq asmağa çox meylliyik, - öz “Karyera sahəsində ümid olmağa dəyməyən dörd məsləhət” qeydində sahibkar və investor, rusiyalı mühacir Pozin yazır. – Elə düşünmürəm ki, tok-şou aparıcısı və zövqlər dəb qoyanı kimi şöhrət qazanarkən Oprah (Oprah Winfrey – məşhur amerika teleaparıcısı) belə məsləhətlərə əməl edib. Öz başlıqlı tolstovka firma köynəyini geyinmiş Mark Zuckerberg də Facebook-u təsis edərkən karyera sahəsində faydalı məsləhətlər manşetlərinin məzmunundan düşünməyib”.

advice_job_hopper

Şəklin mənbəyi, Thinkstock

Şəklin alt yazısı, Uçağanlar normal haldır. Hərçənd bu, bizim gələcəyimizdir

Pozin “yəqin ki, dəfələrlə eşitdiyiniz” tövsiyələri sadalayır və arqumentlərlə isbat edir ki, artıq onların son instansiyada həqiqət kimi qəbul edilməsinə son qoymaq lazımdır.

Heç kəs işə uçağan qəbul etmək istəmir”. Sağlam düşüncə güman etməyə əsas verir ki, işverənlər tez-tez iş yerini dəyişən adamları işə götürməyə tələsmirlər – axı, əgər kimsə artıq dəfələrlə bir yerdən o biri yerə keçib, onun yenə də belə hərəkət edəcəyi ehtimalı böyükdür. “Lakin, doğrusu, iş yerini tez-tez dəyişmək – bizim gələcəyimizdir, - Pozin yazır. – Başlıcası isə, iş yerinin əvvəllər tez-tez dəyişməsi heç də insanın gələcək hərəkət tərzinin və səmərəliliyinin proqnozlaşdırılması üçün əsas kimi götürülə bilməz. "Evolv " şirkəti tərəfindən keçirilən əmək bazarının analizi göstərib ki, işçinin əvvəlki şirkətdəki əmək stajı heç də onun öz indiki vəzifəsində nə qədər işləyəcəyi ilə bağlı deyil”.

Müşavirələrdə həmişə fəal iştirak edin”. İstəyirsiniz ki, əməkdaşlarınız və rəisiniz nə qədər çox işlədiyinizi bilsin, hər ay keçirilən müşavirə bunu nümayiş etdirmək üçün yaxşı fürsət kimi görünə bilər. Hətta müzakirə olunan məsələ üzrə əlavə edəsi heç bir fikriniz olmasa belə, siz əminsiniz ki, mütləq “öz bir şanınızı” əlavə etməlisiniz. “Başlıcası özünüzü eşitdirməkdir, elə deyilmi? – Posin istehza edr. – Lakin nəzərdə tutun: söylədiyiniz fikir səmərəliliyin artmasına xidmət etməsə, mütləq həmkarlarınızın daha da acıqlanmasına səbəb ola bilər”.

Yalnız əmək haqqının miqdarı əhəmiyyətlidir”. Açığını desək, hamımız bir gün yuxudan ayılıb birdən birə milyonçu olduğumuzu görmək istərdik. Lakin buna az ehtimal var – təkcə lotereyada udmasanız. “Bizə çox vaxt elə gəlir ki, bütün mümkün olan işlərdən ən yüksəkmaaşlını seçməkdən və qaz vurub qazan doldurmaqdan yaxşı şey yoxdur, - Pozin qeyd edir. – Lakin əgər işiniz ya karyeranıza bəslədiyiniz yeganə və ən böyük maraq haqq-hesab cədvəlində sıfırların miqdarı ilə bağlıdır, onda hökmən münasibətinizi yenidən nəzərdən keçirməyə dəyər. Fikirləşin: bəlkə tək qazandığınız puldan yox, prosesin özündən də zövq almağa imkan verən sizin üçün cazibəli iş tapa biləsiniz. Axı iş saatları ömrünüzün olduqca əhəmiyyətli hissəsini təşkil edir”.

Hamıdan tez gəl, hamıdan gec get”. “Əzəldən yanlış fikir mövcuddur ki, hər səhər işə hamıdan əvvəl gəlib, hamıdan sonra getmək karyera pilləsində qalxmaq üçün ən yaxşı üsuldur, - Pozin növbəti populyar tövsiyəni şərh edir. – Şübhəsiz, əzmkar əməyin əvəzi ödənir, lakin, bununla belə, “əzmlə işləmək” və “işə aludə olmaq” anlayışları arasında böyük fərq var. Padova (İtaliya) Universitetinin uzunmüddətli tədqiqatı nəticəsində alimlər 15 il ərzində işçiləri müşahidə edib və darıxdırıcı faktlar aşkar ediblər: aşkar olub ki, işə aludə olmaq birbaşa səhhətin pisləşməsi, işdən boyun qaçırma halları sayının artması və, ən pisi, əmək məhsuldarlığının azalması ilə bağlıdır”.

Adam Grant, Pensilvaniya Universiteti nəzdində Wharton Biznes Məktəbinin professoru

"Tədqiqatlar göstərir ki, hər mədəniyyətdə, hər sahədə "əliaçıqlar", "götürənlər" və "işbazlar" mövcuddur, - öz “Özünüz barədə heç vaxt deyilə bilməyən üç söz" qeydində Grant yazır. – Əliaçıqlar köməyini əsirgəməz: onlar başqalarına heç bir şərt qoymadan yardım edirlər. Götürənlər xudbindir: onlar başqalarından mümkün qədər çox almaq istəyirlər. İşbazlar təmiz adamlardır: mən sənin üçün nəsə edərəm, əgər sən mənim üçün nə isə etsən".

advice_money_counting

Şəklin mənbəyi, Thinkstock

Şəklin alt yazısı, Həmişəmi hər şey pulla müəyyən edilir?

“Olub ki, məndən özümün hansı kateqoriyaya aid olduğumu soruşublar, və mənim cavabım hazır olub: “Mən əliaçıqlara aidəm”. Bu, təbiidir, çünki başqalarına kömək etmək mənim əsas həyat prinsipimdir, - o yazır. – Lakin bu, düzgün cavab olmayıb”.

Grant onun əliaçıqlar və götürənlər haqqında yazdığı kitabı oxucular şərh etməyə başlayanda belə qənaətə gəlib. Özlərinin başqaları ilə bölüşdüyü barədə əhvalatlar söyləmək əvəzinə oxucular sadəcə özlərini əliaçıqlar kimi müəyyən ediblər. Bəs nə üçün bunda nə isə nifrətdoğuran bir şey var idi?

“Məsələ təvazökarlıqdadır, - Grant güman edir. – Özümü əliaçıq adlandıraraq, mən təvazökarlıq imtahanından kəsilmişəm. İndi məndən özümü hansı kateqoriyaya aid etdiyimi soruşanda deyirəm ki, əliaçıqlarla şərikəm və onlardan biri olmaq istəyirəm. Lakin nə dərəcədə həmin dəyərlərə uyğun yaşamağa müvəffəq olduğuma mən özüm qiymət verməməliyəm. Axı səxavət haqqında hərənin öz təsəvvürü var”.

“Sadəcə, birdən-birə özünü əliaçıq adam elan etmək olmaz – bu xarakteristikanı qazanmaq lazımdı. Qoy başqaları sizi əliaçıq adlandırsın – ən yüksək tərif forması budur”, - o əlavə edir.