Ukrayna danışıqları: Dövlət Katibi razıdır, Obama şübhələnir

ABŞ Dövlət Katibi John Kerry cümə axşamı Ukraynadakı böhranın tənzimlənməsi üzrə baş tutan danışıqları "yaxşı iş günü" adlandırıb.

Cümə günü dördtərəfli danışıqların iştirakçıları Ukraynada "gərginliyin zəifləməsi üzrə konkret addımlara" dair birgə bəyanat qəbul ediblər.

Sənəddə xüsusilə münaqişənin bütün tərəflərinə güc tətbiq etməkdən çəkinməyə çağırış var.

Lakin ABŞ prezidenti Barak Obama Rusiyanın boynuna götürdüyü öhdəliyi yerinə yetirməyə hazırlığı barədə şübhəsini ifadə edir.

Obama bəyan edib ki, Avropa liderləri ilə birgə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq etməyi planlaşdırır.

Bundan əvvəl Rusiya hakimiyyəti ona qarşı beynəlxalq sanksiyaları keyfiyyətsiz adlandıraraq onlara qeyri-ciddi yanaşıb.