Obama NATO-nun Ukraynaya müdaxiləsi ehtimalını istisna edir

Şəklin mənbəyi, Reuters
ABŞ prezidenti Barak Obama bəyan edib ki, NATO Rusiyanın Ukraynaya dair siyasətinə hərbi əməliyyatlarla cavab verməyəcək, lakin o, növbəti dəfə ukraynalıların öz gələcəyini sərbəst təyin etmək səylərini dəstəkləyib.
Cümə axşamı günü Brüsseldə ABŞ prezidenti Barak Obama ilə Avropa İttifaqı rəhbərliyi ilə yüksık səviyyədə görüş keçirilib.
ABŞ-Aİ sammitinin yekunları üzrə çıxış edərək, Obama xatırladıb ki, Ukrayna Şimali Atlantika Alyansının üzvü deyil.
Bununla belə, NATO Baltikyanı ölkələrdə və Polşada öz fəaliyyətini daha da canlandırıb, ABŞ prezidenti qeyd edib.
“Gələcəkdə Rusiya anlayar ki, kobud güclə təhlükəsizliyə və çiçəklənməyə nail olmaq mümkün deyil”, - Obama deyib.
Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətləri davam edərsə, ABŞ-la Aİ Rusiyaya qarşı daha dərin sanksiyaların qəbul edilməsi imkanını müzakirə edirlər.
Daha əvvəl Barak Obama, Brüsseldə çıxış edərkən, bəyan edib ki, müzakirələrin diqqət mərkəzində energetika məsələləri olduğunu bəyan edib. O, planlaşdırılan tədbirlərin bütün dünya iqtisadiyyatına mənfi təsir edə biləcəyini etiraf edib.
Birgə mətbuat konfransında prezident Obama, Avropa Komissiyasının prezidenti José Manuel Barroso və Avropa Şurasının rəhbəri Herman Van Rompuy çıxış ediblər.
Onların sözlərinə görə, Brüssel görüşünün başlıca mövzusu ABŞ-la Aİ arasında “xüsusi münasibətlər” olmuşdur.
Nəzərdən keçirilən mövzular arasında ən vacibi Aİ ilə ABŞ arasında ticarət haqqında müqavilə bağlamaq haqqında danışıqları başa çatdıraq niyyətidir. Həmçinin İranın nüvə proqramı və Suriyanın kimyəvi silahı problemi kimi mövzular müzakirə olunub.
Beynəlxalq gərginlik
Barak Obama Aİ tərəfindən Rusiyaya qarşı artıq qəbul olunmuş sanksiyaları bəyənib, lakin bəyan edib ki, Rusiya qüvvələrinin Ukraynanın şərq rayonlarına müdaxiləsi təqdirdə, əlavə, daha dərin tədbirlər nəzərdən keçirmək lazımdır.
“Biz Rusiyaya qarşı bu tədbirlərin təsir qüvvəsinin onların dünya iqtisadiyyatına təsirinin miqyasına, eləcə də burada onların adından danışdığımız ölkələrin iqtisadiyyatına əsaslanacaq”, - ABŞ prezidenti deyib.

Şəklin mənbəyi, Reuters
O, Avropa ölkələrinin öz energetik tələbatlarını ödəmək üçün istifadə etdikləri mənbələrin mütləq diversifakasiya edilməsinə ehtiyac olduğunu vurğulayıb.
Prezidentin sözlərinə görə, NATO özlərini Rusiyanın müdaxiləsi təqdirdə özlərini zəif hiss edən Şərqi Avropa ölkələrində qalmaqda davam etməlidir. Obama həmçinin bəzi Avropa ölkələrinin müdafiə büdcələrinin əskildilməsi ilə bağlı narahatlığını izhar edib.
Herman Van Rompuy Rusiyanın Krımda hərəkətlərini XXI yüzillikdə rüsvayçı adlandırıb və bəyan edib ki, Avropa bunu heç vaxt qanuni tanımayacaq.

Şəklin mənbəyi, AFP
Bununla belə, Rusiya ilə Ukrayna münasibətlərində gərginlik çox böyük olaraq qalır. Çərşənbə günü Moskva Ukrayna hakimiyyətini Rusiya təyyarələrinin pilotlarını Kiyevdə beynəlxalq hava limanının terminalına çıxmasına çətinliklər törətməkdə təqsirləndirib.
Prezident Obama NATO-nun baş katibi Anders Fogh Rasmussenlə də görüşmək niyyətindədir.
Bundan sonra Obama NATO-nun mənzil-qərargahında mühüm nitqlə çıxış edəcək, ABŞ üçün Avropa təhlükəsizliyinin vacibliyini qeyd edəcək və Rusiyanı beynəlxalq sabitliyə təhdid edən hərəkətlərdən əl çəkməyin zəruriliyi barədə xəbərdar edəcək.
Prezident Obama Brüsselə Haaqadan, Böyük Yeddilərin nüvə təhlükəsizliyi problemləri üzrə sammitindən sonra, çərşənbə axşamı gəlib. ABŞ prezidentinin Brüsseldə qalacağı günlər son dərəcə ciddi təhlükəsizlik tədbirləri görülüb. Bu, Belçika hökumətinə 10 milyon avro oturub.
Prezident Obama Avropa səfərini İtaliyanın paytaxtında Roma Papası Fransisklə nəzərdə tutulan görüşü ilə başa vuracaq.




