Məhbus jurnalistlərin sayına görə Türkiyə dünyada 1-ci yerdədir

Türkiyə, həbsxanalarında jurnalistlərin saxlandığı ölkələrin sayı cədvəlində birinci yeri tutur, bunu New York-da mənzillənən CPJ jurnalistlərin hüquqlarının müdafiə komitəsi bildirib.
Komitənin dərc etdiyi illik hesabatda 2013-cü il dekabrın 1-ə olan məlumata görə, dünya boyunca 211 jurnalistin həbsdə saxlandığı və onların yarıdan çoxunun Türkiyə də daxil 3 ölkənin payına düşdüyü qeyd olunub.
CPJ tərəfindən tutulmuş siyahıya əsasən məhbus jurnalistlərin sayına görə Türkiyədən sonrakı yerləri İran və Çin tuturlar. Məlumata görə, Türkiyədə 40, İranda isə 35 jurnalist həbsdədir.
CPJ-in ən çox məhbus jurnalisti olan ölkələr siyahısında birinci onluqda sonrakı yerlərdə Eritreya, Vyetnam, Suriya, Azərbaycan, Efiopiya, Misir və Özbəkistan qərarlaşıblar.
Bu ilin sonu üçün CPJ komitəsi, Azərbaycanda 10 jurnalistin, Özbəkistanda isə 4 jurnalistin həbsdə olduğunu qeydə alıb.
CPJ İcraçı direktoru Joel Simon hesab edir ki, "jurnalist fəaliyyətinə görə məhbəsdə saxlamaq qeyri-tolerant və repressiv cəmiyyətlərə xas olan bir əlamətdir''.
Joel Simon deyib ki, bu siyahıda 2-ci ildir ki Türkiyəni görmək, Misir və Vyetnamda isə məhbus jurnalistlərin sayının ötən illə müqayisədə artması onun üçün "şok" olub.
