Bitcoin kursu ilk dəfə 1000 dolları aşıb

İlk dəfədir ki, bir bitcoin-in qiyməti min dollar həddini keçib, MTGox birja xidməti məlumat verir.
Kriptovalyuta kimi də tanınan bitcoina heç bir milli bank qurumu nəzarət etmir və o, elektron ödəmələr üçün istifadə olunur.
İnternet valyutası dövriyyəyə 2009-cu ildə daxil edilib. Onun məzənnəsi tədricən artaraq cari ilin əvvəlində 20 dollara yaxın olub.
ABŞ-da Senat komitəsi tərəfindən qanuni maliyyə ödənişi kimi tanındıqdan sonra bitcoinun çəkisi sürətlə artmağa başlayaraq noyabr ayında 200 dollara çatıb.
Bitcoin həvəskarları internet valyutanı ən effektiv beynəlxalq maliyyə ödənişi adlandırırlar.
Bununla yanaşı internet köçürmələrinin izlənilməsinin çətin olduğu üzündən virtual valyutanın adı tez-tez maliyyə cinayətləri ilə bağlı xəbərlərdə hallandırılır.
Ötən il ödənişlərində bitcoindan istifadə edən qeyri-leqal xidmətlər üzrə Silk Road saytı bağlanılıb.
Oktyabr ayında Kanadada bitcoin valyutasını nəğd pula çevirən ilk bankomat açılıb.
Dünya boyu BTC-e.com və Cryptsy kimi alternativ kriptovalyutalar birjaları mövcuddur ki, orada bitcoinla yanaşı proqramçıların yaratdığı litecoin, namecoin, worldcoin kimi valyutaların mübadiləsi aparılır.
Bitcoin vahidinin bahalı olması üçün gündəlik ödənişlərdə onun bir hissəsilə faydalanmaq mümkündür. Misal üçün pizzaforcoins.com saytı iki pizzanı 0,02160 bitcoina təklif edir.



