Moskva: Özbəkistan vətəndaşının meyiti aşkar edilib

Moskva. "Özbəkistan" şirkəti.
Şəklin alt yazısı, Moskvada çoxsaylı bıçaq yaraları almış Özbəkistan vətəndaşının meyiti aşkar edilib.

Moskvanın Biryulevo rayonunda üzərində çoxsaylı bıçaq yaraları olan Özbəkistan vətəndaşının meyiti aşkar edilib.

Polis rəsmilərinə istinad edən Rusiya mediası cəsədin aşkar edilməsi barədə məlumatın Kursk dəmir yolunun "Tsaritsino" stansiyasının növbətçisindən gəldiyini bildirib.

Ötən gün axşam Moskvanın Mərkəzi Çertanovo rayonunda, "Prajskaya" metro stansiyası yaxınlığında polis tərəfindən 300-ə yaxın adam saxlanılıb.

Rusiya DİN-i onların qanunsuz hərəkət törətməyə cəhd edərkən saxlandığını qeyd edib.

Bundan əvvəl sosial şəbəkələrdə ötən həftəsonu 25-yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsilə bağlı Moskva sakinlərinə ünvanlanmış "Prajskaya" metro stansiyasından Biryulyovo rayonunadək yürüş etmək çağırışları yayılmışdır.

Yeqor Şerbakovun qətli son günlərdə Biryulyovo raoyunda kütləvi iğtişaşlara səbəb olmuşdur.

Ötən gün Şerbakovu qətlə yetirməkdə şübhəli bilinin AZərbaycan vətəndaşı Orxan Zeynalov Rusiya polisi tərəfindən Moskva ətrafındakı Kolomna şəhərində saxlanılmışdır.